Bulvar İdarəsi ilə bağlı prokurorluğa müraciət ediləcək

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Palata xəbər verir ki, iclasda “Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.
Bildirilib ki, keçirilmiş uyğunluq auditi ilə 47,9 mln. manat maliyyə vəsaiti olmaqla 2021-2023-cü illər əhatə edilib. Audit dövlət büdcəsinin vəsaitləri hesabına dövlət sifarişi üzrə öhdəliklərin yerinə yetirilməsinin, dövlət satınalmalarının planlaşdırılması və icrasının, eyni zamanda dövlət əmlakının qorunub saxlanılmasının, idarə edilməsinin və uçotunun aparılmasının bütün əhəmiyyətli aspektlər baxımından audit meyarlarına uyğun olmaması və uyğunsuzluqların əsasən yayılan olması, eləcə də idarəetmə qərarlarının dövlət resurslarından qənaətli istifadə və artıq xərclərin qarşısının alınması baxımından dövlət sektoru kontekstində düzgünlük meyarlarına bir çox hallarda cavab verməməsi və cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə bağlı mənfi rəyin verilməsi ilə nəticələnib.
Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, maliyyə uçotu, vergi öhdəliklərinin icrası, eləcə də dövlət əmlakının uçotu sahəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə qurum tərəfindən zəruri işlərin görülməsinə, habelə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-09-2024, 12:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT