Moskvaya kütləvi PUA hücumu - Hava limanları bağlandı + VİDEO
Sentyabrın 10-na keçən gecə Ukrayna PUA-ları tərəfindən Moskvaya kütləvi hücum təşkil edilib.
Rusiya kanallarının məlumatına görə, ilk dron gecə saat 2:20-də Moskva vilayətinin Lyubertsı yaşayış məntəqəsi üzərində vurulub. Sonra Moskva yaxınlığındakı Jukovskidə PUA-ların peyda olduğu və vurulduğu xəbər verilir. Yerli kanalların məlumatına görə, ərazidə ən azı altı partlayış eşidilib.
Məlumatda deyilir ki, PUA hücumu səbəbindən Domodedovo, Vnukovo və Jukovski hava limanları fəaliyyətini dayandırmalı olub. Reyslər təxirə salınıb və təyyarələr Şeremetyevo hava limanına yönləndirilib.
Moskva vilayətinin qubernatoru Vorobyov saat 05:23-də bəyan edib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 PUA-nı vurub. Sonradan Rusiya mediası Ramenskoyedə çoxmərtəbəli binaların zədələndiyini, 11-12-ci mərtəbələrdə mənzillərin yandığını xəbər verib. Əvvəlcə 9 yaşlı uşağın öldüyü bildirilsə də, sonradan bu məlumat təsdiqini tapmayıb.
Hücum nəticəsində hündürmərtəbəli binalardan birində ən azı 20 mənzilə ziyan dəyib.
Həmçinin, Jukovski hava limanı yaxınlığında PUA-nın qəzaya uğradığı da bildirilir. Bundan əlavə, bir PUA Moskva vilayətinin Ramenski rayonunun Prudki kəndində fərdi yaşayış binasının yaxınlığına düşüb. Hadisə şahidlərinin sözlərinə görə, heç kim xəsarət almayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-09-2024, 09:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT