Rüxsarə Əliyevanın bacısı həbs edildi - Foto

Bakı İqtisadiyyat və Humanitar Kollecinin sabiq direktoru Rüxsarə Əliyevanın bacısı Səadət Əliyeva həbs edilib.
Həmin kollecdə laboratoriya müdiri vəzifəsində çalışmış S.Əliyeva avqustun 29-u Naxçıvan MR Şərur Rayon Məhkəməsində qandallanıb. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə Səadət Əliyevaya 2 il 2 ay həbs cəzası verilib.
Bildirilib ki, S.Əliyeva daha əvvəl də dələduzluq əməlində təqsirləndirilib. Lakin 2022-ci ildə məhkəmə ona azadlığın məhdudlaşdırılması cəzası verib və üzərinə elektron qolbaq taxılıb. Lakin daha sonra Naxçıvan Dövlət Universitetinin tələbəsi hüquq-mühafizə orqanlarına müraciət edərək Səadət Əliyevanın ona qarşı da dələduzluq etdiyini bildirib. Bundan sonra S.Əliyevaya yenidən cinayət işi açılıb. Məlum olub ki, o, xanım tələbəni Bakıda İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə köçürəcəyini yalandan vəd edərək 8500 manat alıb.
Fotoda Rüxsarə Əliyeva
Paylaş:
Müəllif : Fuad
Tarix:3-09-2024, 14:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT