Ödənişliyə qəbul olan abituriyentlərin nəzərinə!

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 2024-2025-ci tədris ili üçün 55 656 nəfər universitetlərə qəbul olunub. Onlardan 27 117 nəfəri dövlət sifarişi əsasında, 28 539-u isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Elm və Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, ödənişli əsaslarla təhsil alan və sosial müdafiəyə ehtiyacı olan aşağıdakı şəxslərin təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
- dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
- dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;
- dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
- dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;
- dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
- dövlət ali təhsil müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusuna malik Azərbaycan Respublikasının vətəndaşları.
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına əyani təhsil alan tələbələrə güzəştli kreditlər verilir.
Təhsil kreditinin əldə olunması üçün www.e-ttkf.edu.az elektron portalına müraciət edə bilərsiniz.
Qeyd edək ki, 28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.
Abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-08-2024, 15:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT