Tələbələrə PİS XƏBƏR - Qiymət kəskin artdı
Hər ilin avqust və sentyabr aylarında paytaxtın kirayə mənzil bazarında canlama müşahidə olunur. İyun-iyul aylarından fərqli olaraq, bu vaxtlar tələbələrin və iş üçün Bakıya üz tutan vətəndaşların hesabına kirayə mənzillərə tələbat kəskin surətdə artır. Bu isə eyni zamanda kirayə mənzillərin bahalaşmasına səbəb olur.
Bəs görəsən, bu il də eyni tendensiya gözlənilirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq bir çox valideynlər tələbə adı qazanan övladları üçün kirayə mənzil axtarışına başlayıb: dirnaq modelleri
“Hər il iyun-iyul aylarında və avqust ayının 15-nə qədər kirayə mənzil bazarında nisbi durğunluq olurdu. Bu daha çox tələbələrin və iş üçün paytaxtda üz tutan şəxslərin rayonlara qayıtması ilə bağlı idi. Amma son illər tendensiya artıq dəyişib. Artıq ali təhsil müəssisələrinə, kolleclərə və digərlərinə imtahan verən tələbələrin qəbul prosesi əvvəlki vaxtlara nisbətən daha tez olur. Bu baxımdan valideynlər də bilirlər ki, ev tapmaq problemdir və həmin evləri daha tez müddətdə kirayə götürürlər. Yuxarı kurs tələbələri isə rayondan qayıdarkən artıq ev tapmayacağını bilib kirayə götürdükləri mənzillərin pulunu ödəyib saxlayırlar. Bu isə son illər kirayə mənzil bazarında qıtlıq yaradır”.
Ekspert avqustun sonuna və sentyabrın əvvəlinə doğru kirayə mənzil bazarında ciddi bahalaşmanın olacağını dilə gətirib:
“Digər tərəfdən, artıq 2016-cı ildən başlayaraq Bakıda pilot layihələr üzrə söküntü işləri aparılır. Bu, istismar müddəti bitmiş çoxmərtəbəli köhnə binaların, yəni “xruşovka”ların və digər layihəli binaların sökülməsidir. Həmçinin fərdi yaşayış evlərindən ibarət massivlər də var ki, həmin ərazilərdə də söküntü işləri gedir. Bura “Alatava”, “Papanin”, “Kubinka” və s. əraziləri misal göstərmək olar. Bu tip yerlərin sökülməsi artıq kirayə mənzil bazarında olan fərdi yaşayış evlərinin bazardan çıxması ilə nəticələnir. Həmin evlərin sakinləri məcburən sökülən əmlaklarının yerində onlara mənzil veriləcək yeni binalar tikilənə qədər, kirayə çıxmalı olurlar. Belə olan təqdirdə isə Bakıdakı kirayə mənzillərin əksəriyyətini paytaxt sakinləri özləri kirayə götürür. Ən əsası isə köhnə binaların yerində tikilən yeni tikililərin kirayə qiyməti əvvəlkindən ən az 2 dəfə daha bahadır. Bütün bunlar hamısı birlikdə kirayə mənzil bazarında qıtlığa səbəb olur. Bu isə qiymətləri kəskin şəkildə qaldırılır. Avqustun sonuna doğru biz yenidən bunu müşahidə edəcəyik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-08-2024, 15:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT