Rafael Cəbrayılovun qardaşı təcili Bakıya qayıtdı - Deputat şikayətçilərlə görüşdə ağlayıb

Millət Vəkili Rafael Cəbrayılovla bağlı yeni məlumatlar yayılmaqda davam edir. Yenisabah.az-a daxil olan xəbərə görə, deputatın qardaşı Elşən Cəbrayılovun rəhbərlik etdiyi Dərhal MMC-nin külli miqdarda borcu üzə çıxıb. Bu haqda saytımıza məlumat verən mənbə bildirir ki, bu vaxta qədər R. Cəbrayılov öz statusundan istifadə edərək həmin borcun ertələnməsinə nail olub.
“Həmin şirkət 30 bina tikib. Onlardan 23-nün heç bir vergisi verilməyib. Rafael özü etiraf edir ki, həmin verginin ödənilməsinin ləngiməsini o edib. Əvvəl nüfuzu vardı, buna nail ola bilirdi. Amma bir də onda ayılıb ki, 1.6 milyon vergi borcu yaranıb. Elşən də həmin pulları da götürərək ölkədən gedib.
Həmçinin o da ortaya çıxıb ki, bunlar bir mənzili və obyekt yerlərini bir neçə nəfərə satıblar. Məsələn doktor Yusif Orucovun 240 min dollarını alıblar, müqavilə bağlayıblar. Amma müqavilədə ona verilməsi nəzərdə tutulan obyekt yeri başqasına satılıb. Hazırda həmin yerdən başqa bir adam istifadə edir”.
Xəbərdə o da bildirilir ki, qardaşı deputatı hələ uzun müddət əvvəldən aldadırmış. Rafael Cəbrayılov deputat olduğuna görə şirkəti qardaşının adına yazdırıb və bütün səlahiyyəti ona verib: “O da mənzilləri dostlarınının, özünə yaxın olan şəxslərin adına keçirib. Hətta Rafaelin indi yaşadığı villa da deputatın adına deyil. Elşən onu Nurəddin adlı dostunun adına keçirib”.
İndi bu vəziyyət yaranıb və R. Cəbrayılov qardaşına təklif edir ki, bəzi yerləri satıb borcları qaytaraq. Məsələn, Gənclər Şəhərciyində Bazar deyilən yerin 1.5 milyon, “Avtoservis” deyilən yerin 2 milyon qiyməti var.
Və yaxud 8-ci mikrarayonda ofis var, hansı ki, Elşən özü də həmin binada yaşayır. Oranın da 2 milyon qiyməti var: “Rafael Cəbrayılov təklif edir ki, ya onlar satılıb borclar qaytarılsın, ya da elə borclulara verilsin”.
Əldə etdiyimiz digər xəbərə görə, R. Cəbrayılovun qardaşı Elşən Cəbrayılov təcili olaraq Azərbaycana qayıdıb. Bunu ondan R. Cəbrayılov tələb edib. Bu günlərdə şikayətçilərin bir qrupu ilə görüşən deputatın qardaşı haqda xoş ifadələr işlətmədiyi, “onun başına oyun açdığını” deyib: “Görüşdə Rafael Cəbrayılov hətta ağladı. Birinci gün onun deputatlıqdan istefa verəcəyi gözlənilir. Hətta cinayət işinin açılması da ehtimal olunur. Bu da deyir ki, qardaşlarım məni necə yandırdılarsa, mən də onları elə yandıracağam”.
Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan toplam 840 min ABŞ dolları (Təranə Fətəliyeva 300 min, Xatirə Nəcəfova 300 min, Yusif Orucov 240 min) məbləğində pul alıb. Bu pullar deputata Binəqədidə inşa etdiyi binalardan mənzil alınması üçün verilib. Lakin indiyə həmin şəxslərə nə mənzil verilib, nə də pulları geri qaytarılıb. Rafael Cəbrayılovu ictimai hədəfə gətirən təkcə külli miqdarda borcu olması deyil. Məsələ burasındadır ki, o, bu pulları qaytaracağına əminlik yaratmaq III və IV çağırış deputat vəsiqələrini girov qoyub.
Məsələ ilə bağlı deputatın və qardaşının mövqeyini dərc etməyə hazırıq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-09-2019, 21:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-09-2019, 21:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 16:01
Bu gün, 15:59
Bu gün, 15:58
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT