Həbsdə olan gəncin atası Prezidentə və Mehriban Əliyevaya müraciət etdi.
Bakı sakini Akif Hüseynzada hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Aydın Hüseynzadənin həbsdən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib.
“Hörmətli cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva. Bilirəm ki, siz çox məşğulsunuz, amma ümid edirəm ki, bu məktub sizə şəxsən çatacaq.
30.04.1991-ci il təvəllüdlü oğlum Hüseynzadə Aydın Akif oğlu 20.02.2024-cü il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 234-cü maddəsi üzrə saxlanılaraq məhkəmə tərəfindən həbs edilmişdir. Bakı İstintaq Təcridxanasında saxlanılır.
Aydının himayəsində azyaşlı övladı var, ailəni saxlayan yeganə şəxsdir. Mən və anası Validə Hüseynzadə əlil və yaşlı adamlarıq. Pensiya alırıq. İşləyə bilmirik. Aydın özü də dövlət qulluqçusudur. İndiyə kimi heç bir qanun pozuntusuna yol verməyib. Hər hansı bir cinayət hadisəsi törətməyib. Bizə də aydın deyil ki, necə belə bir vəziyyət alınıb.
Möhtərəm Cənab Prezident! Bütün fəaliyyətimiz boyunca ailəlikcə dövlətə və dövlətçiliyə xidmət etmişik. İnanıram ki, oğlumun qanunsuz həbsi ilə bağlı Azərbaycanda məhkəmə instansiyası ədalətli qərar çıxaracaq.
Humanistliyinizə sığınaraq Sizdən xahiş edirəm hazırda DİN Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsində istintaqı aparılan Hüseynzadə Aydın Akif oğlunun ev dustaqlığına buraxılması üçün dəstək olasınız.
Cənab Prezident və dəyərli Mehriban xanım, əminəm ki, ailəmizin harayına səs verəcəksiniz! Mən dövlətimizim ədalətinə inanıram!”.
RegionXəbərləricom.az
Paylaş:
Müəllif : Fuad
Tarix:31-07-2024, 15:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…