Erkin Qədirli ilə bağlı sensasion iddia: Bu vəzifəyə gətirilir
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin rəhbərliyində ciddi dəyişikliklər olacaq. Spiker Sahibə Qafarova istisna olmaqla, parlamentin rəhbərliyində təmsil olunan digər 3 nəfərin - birinci vitse-spikerin və digər iki müavinin vəzifəsini itirəcəyi bildirilir.
Hurriyyet.az xəbər verir ki, yenisabah.az bununla bağlı maraqlı məlumatlar əldə edib. YAP-çı deputatlardan biri, saytımıza açıqlamasında deyib ki, hazırda Milli Məclisdə müxalifəti təmsil edən vitse-spiker başqa siyasi partiyanın nümayəndəsi ilə əvəzlənəcək. Onun sözlərinə görə, 2020-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının seçilmiş nümayəndəsi olaraq, parlament rəhbərliyində təmsilçilik hüququ qazanan Fəzail İbrahimli bu dəfə yerini müxalifətdən olan başqa həmkarına verəcək.
Mənbə deyib ki, Adil Əliyevin boşaltdığı postu bitərəflərin nümayəndəsi tutacaq. Birinci vitse-spiker vəzifəsinə isə, YAP-ın aparıcı fiqurlarından birinin seçilməsi gözlənilir. Həmin şəxsin, hakim partiya tərəfindən deputatlığı irəli sürülmüş, Baş nazirin müavini Əli Əhmədov olacağı istisna edilmir.
Məlumatlı şəxs, müxalifəti təmsil edəcək vitse-spikerin kimliyini də açıqlayıb. Onun sözlərinə görə, 2020-ci ildə ReAL Partiyasından deputat seçilmiş hüquqşünas Erkin Qədirlinin bu posta sahib olmaq şansı digər müxalif həmkarları ilə müqayisədə xeyli böyükdür.
Müsahibimizin iddiasına görə, bu dəfə parlamentdə ana müxalifət statusunda Vətəndaş Həmrəyliyi Partiyası deyil, ReAL Partiyası təmsil olunacaq: “Hazırda Milli Məclisdə VHP-ni 3 deputat - Sabir Rüstəmxanlı, Fəzail İbrahimli və Rafael Hüseynov təmsil edir. Parlamentdə ən çox deputatla təmsil olunan müxalifət partiyası olduğuna görə, 2020-ci ildə vitse-spiker postu VHP-nin nümayəndəsinə təklif olunmuşdu. Bu dəfə VHP-nin ana müxalifət olmaq şansı çox aşağıdır. Sabir Rüstəmxanlının seçkiyə qatılamaması, Fəzail İbrahimlinin siyasi kariyerası ilə bağlı qeyri-müəyyənliyin davam etməsi parlamentdəki müxalif vitrinin yenilənəcəyindən xəbər verir. Çox böyük ehtimalla Milli Məclisdə ən çox deputatla təmsil olunan müxalif təşkilat ReAL Partiyası olacaq. ReAL-ın 2 nümayəndəsinin - İlqar Məmmdovun və Erkin Qədirlinin deputat seçilmək şansı yüksək qiymətləndirilir. Seçki marafonuna Yevlaxdan qoşulan Rəsul Cəfərov ReAL-a 3-cü mandatı qazandıra bilər. Bu partiya növbədənkənar parlament seçkilərindən sonra, Milli Məclisdə hətta 2 deputatla təmsil olunsa belə, müxalifət üçün nəzərdə tutulan vitse-spiker postu ReAL-ın nümayəndəsinə veriləcək. Yeni vitse-spikerin hazırki deputat Erkin Qədirli olacağı istisna edilmir. Hətta bununla bağlı parlament səviyyəsində razılaşma mövcuddur".
Paylaş:
Müəllif : Fuad
Tarix:30-07-2024, 10:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT