İcra hakimiyyətində skandal: 1 litr benzinlə icra başçısının qəbuluna getdi
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qəbulunda insident yaranıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Goranboy rayon Nərimanlı kənd icra nümayəndəliyində baş verib.
Belə ki, vətəndaş qəbulu zamanı binanın qarşısında səs-küy eşidilib. İcra başçısının qəbuluna düşə bilməyən Zeynallı kənd sakini, 1990-ci il təvəllüdlü S.M. Məhərrəm Quliyevin 17 iyulda Nərimanlı kənd icra nümayəndəliyində qəbul keçrildiyini öyrənib.
O, bir litrlik qabda benzin ilə icra nümayəndəliyinin inzibati binasına yaxınlaşıb. Qapının qarşısında duran mühafizəçiyə rayon rəhbərliyinin qəbuluna gəldiyini, içəri buraxılmayacağı halda özünü yandıracağını deyib.
S.M. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs hadisəni içkili halda törədib.
Məhkəmənin qərarı ilə həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat cərimə edilib. İnzibati qaydada tutulmuş S.M. məhkəmə iclas zalından dərhal azad olunub
Paylaş:
Müəllif : Fuad
Tarix:26-07-2024, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT