Azərbaycanda DƏHŞƏT! Qadının ağzına qaynar su töküb, videosunu çəkdi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Seymur Şahalıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
RegionXəbərləricom.az Musavat.com-a istinadla xəbər verir ki, Seymur Şahalıyevə Cinayət Məcəlləsinin 16 maddəsi ilə ittiham irəli sürülüb. İttihamlar sırasında zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma, pornoqrafik məzmunlu materialları qanunsuz yayma, adam oğurluğu, azyaşlıya qarşı seksual xarakterli hərəkətlər və digəriləri var. İttihamlar təsdiqlənsə, Seymur Şahalıyevə ömürlük cəza verilə bilər.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Seymur Şahalıyevin vəkili iş üzrə ibtidai istintaqın düzgün aparılmadığını, bu səbəbdən ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatətlə çıxış edib. Vəsatət müzakirə olunub, dövlət ittihamçısı Elvin Mirzəyev təmin edilməməsini, işin məhkəmə baxışına verilməsini istəyib. Məhkəmə qısa müşavirədən sonra vəkilin vəsatətini təmin etməyib. İşin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
İttihama görə, Seymur Şahalıyev qeyri-rəsmi münasibətdə olduğu qadına qarşı xüsusilə ağır işgəncələr verib. O, qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb. Bundan başqa Seymur Şahalıyev qadının 9 yaşlı qızını zorlamaqda və oğlunu girov saxlamaqda, qadının çılpaq videosunu çəkərək ərinə göndərəcəyi ilə hədələməklə ondan 50 min manat tələb etməkdə təqsirləndirilir.
İş materiallarına görə qadın Seymur Şahalıyevin tələb etdiyi pulu verməyib, o, çəkidiyi pornoqrafik məzmunlu videonu qadının ərinə göndərib. Seymur Şahalıyev Cinayət Məcəlləsinin hamilə qadına əzab vermə (133.2.2), yetkinlik yaşına çatmayana əzab vermə (133.2.4), işgəncə ilə əzab vermə (133.2.6), öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda(134), adam oğurluğu, iki və ya daha çox şəxs barəsində törədildikdə(144.2.1), qanunsuz azadlıqdan məhrum etmə (145.2.2), yetkinlik yaşına çatmayanı qanunsuz azadlıqdan məhrum etmə (145.2.3-cü), qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə (145.2.5), 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri (150.3.3), şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının yayılması (156.1), zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma (157.2), təkrar dələduzluq (178.2.2), hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə(182.2.2), hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə(182.2.3), xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə (182.2.4-cü) və pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma (242) maddələri ittiham elan olunub.
Məhkəmə iyulun 24-də davam etdiriləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-07-2024, 16:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT