Azərbaycanda yeni parlamentin “ömrü” 4 il 1 ay ola bilər

Məlum olduğu kimi, Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Prezident İlham Əliyevin Sərəncamı ilə seçkilər sentyabrın 1-nə təyin olunub.
Ölkəmizdə parlament seçkiləri bu ilin noyabr ayında keçirilməli idi. Ancaq həmin tarixdə Bakı qlobal əhəmiyyətli beynəlxalq tədbirə - COP29-a ev sahibliyi edəcək. Bunu nəzərə alaraq hakim partiyanın deputatları prezidentdən parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunmasını xahiş edib. Konstitusiya Məhkəməsi sözügedən xahişin ana qanuna uyğun olduğu barədə qərar qəbul etdikdən sonra Prezident parlament seçkilərini 1 sentyabra təyin etdi.
Artıq parlament öz işini yekunlaşdırıb və sonuncu iclasını keçirib. Mövcud qanunvericiliyə görə, Azərbaycan Milli Məclisinin səlahiyyət müddəti 5 ildir. Ancaq VI çağırış Milli Məclisin səlahiyyət müddəti 5 ildən az, 4 il yarım oldu.
RegionXəbərləricom.az Modern.az-a istinadən xəbər verir ki, yeni seçilən deputatların da səlahiyyət müddəti 5 ildən az olacaq. Çünki Konstitusiyanın 98-1-ci maddəsinə görə, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
Sentyabrın 1-də seçiləcək deputatların səlahiyyət müddətinin beşinci ili 2028-ci ilin sentyabr ayında başlayacaq və mövcud qanunvericiliyə görə seçkilər həmin ilin noyabr ayında keçirilməlidir. Konstitusiya parlamentin səlahiyyət müddətinin 5 ildən artıq olmasına icazə vermədiyi üçün (xüsusi hallar istisna olmaqla) seçkilərin 2029-cu ildə keçirilməsi mümkün deyil.
Beləliklə, konstitusiyada nəzərdə tutulan müddəa dəyişdirilməsə və yenidən növbədənkənar seçkilər keçirilməsə, yeni parlamentin “ömrü” 4 il 1 ay olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-06-2024, 12:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT