Zəhərli ilanlarla yaşayan adam - Foto
İranın cənub-şərqindəki Kirmanşah əyalətində qəribəliyi ilə tanınan bir adam yaşayır.
Firuze kəndinin 44 yaşlı sakini Xodadad Mürvəti evində zəhərli ilanlar saxlamaqla tanınır.
Zəhərli ilanlar sadəcə “əhliləşdirilmiş” heyvanlar deyil, sanki ailənin üzvləridir. Çünki kənd evinin hər künc-bucağında onlarla üzləşmək mümkündür.
Xodadad Mürvəti nəql edir: “Bir gün özümə bir stəkan su tökdüm. Evdəki qara ilan masaya yaxınlaşdı və onun hərəkətlərindən susuz olduğunu başa düşdüm. Onun üçün su tökdüm, içib masadan uzaqlaşdı”.
Zəhərli sürünənlər insanlarla dinc qonşuluqda yaşamağa vərdiş edib. Hətta ev sahibinin sözlərinə görə, bəzən onlarla bir süfrə arxasında nahar edirlər: “Bozbaşı, kartofu sevir, amma duzsuz və südsüz bişmiş düyünü daha çox bəyənirlər”.
Evin xanımı ilanlardan qorxmasa da, onlardan gen gəzir. Xodadad Mürvətinin 15 yaşlı qızı Həsti və 19 yaşlı oğlu Xalidin isə ilanlarla isti münasibətləri yoxdur. “Sirrin nə olduğunu bilmirəm, ancaq məni sancmırlar”, - deyən Xodadad sürünən “qonşular”ından şikayətçi deyil.
Firuze kəndinin bütün sakinləri məsələdən agahdır. Mürvətinin evinə getmək istəsən, ev sahibi ilə əvvəlcədən razılaşmalısan. Bilmədən onun qapısını döyüb, içəri girən, belini mütəkkəyə söykəyib çay içən hər kəs qəfildən zəhərli ilanlarla qarşılaşa bilər. Belə halla qarşılaşıb, dabanına tüpürüb qaçan adam çox olub.
Xodadad Mürvəti deyir ki, evimə kəm gözlə baxan hər kəsin cəzalanacağına əminəm. “Səfərə çıxarkən, qapını kilidləmirik, əksinə, evin müxtəlif yerlərinə zəhərli ilanları yayıram. Onlar evimin qəyyumlarıdır. Bir dəfə dostlarımdan birini sınamağa və onun ilanlara necə reaksiya verdiyini görməyə qərar verdim. Dedim ki, bizim evə get və getdi. Evə girəndə ilanlara fikir verməyib. Susuz olduğundan soyuducuya yaxınlaşıb. Soyuducunun qapısını açan kimi ilanlar qəfildən ona hücum edib və dostum vahimə içində qaçıb. Sonra məni çağırıb söyməyə başladı. Bir dəfə də mənə kredit vermək istəməyən bank menecerlərini razı salmaq üçün bu üsuldan istifadə etmişəm”.

Paylaş:
Müəllif : Fuad
Tarix:18-04-2021, 00:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-04-2021, 00:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 16:01
Bu gün, 15:59
Bu gün, 15:58
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT