Səlim Müslümovun başlatdığı və “təpik vurduğu” islahat: Əhalinin yarısı pensiyaçı olmadan ölür
Azərbaycanda “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Bununla da artıq bu il iyun ayında kişilərin pensiya yaşı 65 olacaq. Qadınların pensiya yaşı isə hələ ki, 62 il 6 ay olsa da, hər il 6 ay uzadılmaqla 2027-ci ilə qədər bu həddə çatacaq.
Amma məlum olur ki, son illər əhali arasında 65 yaşadək həyatını itirənlərin sayı çoxalıb.
2019-cu ildə bu rəqəm 41 faizə çatıb. İqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, ən son statistikaya görə, Avropa Birliyi üzrə bütün ölümlərin 18 faizi 65 yaşa qədər, 82 faizi isə 65 yaşdan sonra baş verir. Azərbaycanda isə bu sahədə vəziyyət çox kritikdir:
“2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41 faizi 65 yaşa qədər baş verib. 1990-2005-ci illərdə bu statistika xeyli yaxşılaşıb və 15 il ərzində 58 faizdən 38 faizə düşsə də, 2006-cı ildən sonra 65 yaşa qədər ölümlərin xüsusi çəkisi artmağa başlayıb və 2019-cu ildə yenidən ən yüksək səviyyəyə çatıb".
Ekspert bildirib ki, Azərbaycan əhalisinin 7,2%-i 65 və yuxarı yaşda insanlardır.
Belə olan təqdirdə pensiya yaşının 65 olaraq təyin edilməsi, yəni vətəndaşların az qala yarı hissəsini pensiyaçı olmadan dünyadan köçməsinə rəvac verilməsi ədalətli yanaşmadırmı?
Qeyd edək ki, əməkhaqlarının aşağı olması şəraitində ölkəmizdə təyin olunan pensiya kapitalının məbləği kifayyət qədər böyükdür.
İqtisadçı Akif Nəslirli Cebhe.info-ya açıqlamasında bildirib ki, təkcə 2019-cu illin statistikasına deyil, daha əvvəlki illərin statistikasına baxdıqda da pensiya yaşının orta ömür həddinə uyğunlaşması doğru deyil:
“Əhalinin bəlkə də 90 faizi 70 yaşına çatmır. Amma bizdə pensiya bu cür hesablanır, guya 65 yaşında pensiyaya çıxan vətəndaşa 12 il pensiya veriləcək. Amma bu yalandır. Əvvala, insanlar çox yaşasalar belə, dövlətin bu qədər maliyyə imkanları yoxdur ki, onları pensiya ilə təmin etsin, digər tərəfdən isə bizim əhalimiz o qədər yaşamır axı... Niyə pensiya kapitalı 144 aya - 12 ilə bölünməlidir? Hesab etsək ki, Azərbaycanda pensiya kapitalının yığılması üçün əlverişli imkanlar var və vətəndaş 200 min manat pensiya kapitalı yığıb, həmin kapital 144-ə bölünür və ən yaxşı halda 5 ili vətəndaşa verilir, 7 ili isə dövlətə qalır”.
İqtisadçı bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində vətəndaş tez dünyasını dəyişən zaman pensiya kapitalı onun varisinə qaytarılır:
“Azərbaycanda isə vətəndaş pensiya imkanlarını almaq imkanlarından məhrum olduqda – vəfat etdikdə və ya vətəndaşlıqdan imtina edib, başqa ölkəyə köçdükdən sonra pensiyası avtomatik dayanır. Bu Azərbaycan xalqına, ahıllarına qarşı böyük bir ədalətsizlikdir. 2006-ci ildə Səlim Müslümovun başlatdığı, 2007-ci ilin 1 iyununda isə “təpk vurduğu” pensiya islahatlarında guya nəzərdə tutulmuşdu ki, vətəndaşın ala bilmədiyi pensiya kapitalı onun varisinə qaytarılsın. Biz dövlət olaraq, vətəndaşımızın ahıl yaşlarını layiqli yaşamasına şərait yaratmalıyıq. Amma hazırda yaxşı ki, valideyinə övladın baxması kimi mentalitetimiz var. Bu olmasa, Azərbaycanın ahıl əhalisinin çoxunun durumu yaxşı olmazdı. Bu hala son qoyulmalıdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-04-2021, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-04-2021, 09:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 16:01
Bu gün, 15:59
Bu gün, 15:58
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT