Araz Ağalarovun biznesmen qızına qarşı dələduzluq - 8,5 milyon dollar...

Məlum olduğu kimi, koronavirusun geniş yayıldığı ölkələrdən biri də Rusiyadır. Bu ölkədə də hazırda tibbi maskalar və digər qoruyucu ləvazimatlar ya tapılmır, ya da işbazlar onu çox baha qiymətə satırlar. Rusiyanın life.ru saytı ilginc bir xəbər yayıb. Sayt məşhur azərbaycanlı iş adamı Araz Ağalarovun qızı Səbinə Ağalarovanın dələduzluqla üzləşməsi barədə xəbər yayıb.
Bildirilir ki, fırıldaqçılar Səbinə Ağalarovanın dələduzluq yolu ilə 8,5 milyon dollarını ələ keçiriblər. Maraqlıdır ki, sayt biznes-ledini Ağalarovun qızı kimi deyil, “məşhur müğənni Emin Ağalarovun bacısı Səbinə Ağalarova” kimi təqdim etməyə üstünlük verib.
Bildirilir ki, məşhur müğənninin bacısı topdansatış ticarətlə məşğuldur. Koronavirusla bağlı vəziyyət pisləşməyə başlayanda, o da şirkətinin işçilərinin tibbi maskalarla təmin etməyə qərar verib.
“Mənbənin dediyinə görə, iş qadını uyğun bir şirkət tapıb və dəyəri 8,5 milyon dollar olan məhsul sifariş edib. Martın 20-də Ağalarova pulu həmin şirkətin hesabına köçürüb və həmin gün axşam saatlarında sifariş verilmiş tibbi cihazları ona çatdırılmalı idi. Amma şirkət nümayəndələri vəsaitin hələ hesaba köçürülmədiyini deyərək, malları sabah gətirəcəklərini söyləyib”, deyə, məlumatda bildirilir. Beləliklə, xanım Ağalarova tibbi ləvazimatları ala bilməyib. Məlum olub ki, şirkət nümayəndəsi telefonlarını söndürüb. İş adamı dərhal polisə şikayət edib, ancaq yoxlama yalnız 17 apreldə başlayıb.
Qeyd edək ki, Azərbaycanın xalq artisti Emin Ağalarov atasının rəhbərlik etdiyi “Crocus Group”un vitse-prezidentidir. Bu günlərdə Emin Ağalarov koronavirus şəraitində müflis olmaq riski barədə danışıb, şirkətə məxsus ticarət mərkəzlərinın gələnlərinin min dəfə azaldığını söyləyib.
O, koronavirus pandemiyasının uzun çəkəcəyi zaman kredit öhdəliklərini tam ödəyə bilməyəcəklərini əlavə edib.
“Ümid edirik ki, bu vəziyyət çox çəkməz. Çünki təhlükəsizlik yastığımız bir neçə həftəyə bəs edəcək. Bizdə 15 minə qədər işçi çalışır. Təkcə əmək haqqı fondu böyük rəqəm təşkil edir və gəlirimiz olmasa, faktiki olaraq, bu ödənişləri çox verə bilməyəcəyik”. Bundan əlavə, sənətçi Bakı və Moskvada iki dəfə koronavirus testindən keçdiyini, cavabların neqativ çıxdığını qeyd edib./Musavat.com
Paylaş:
Müəllif : Fuad
Tarix:19-04-2020, 10:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-04-2020, 10:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO