Gülnarə Kərimovanın mülkləri müsadirə oluna bilər: Malikanə, göl, bağ...

Britaniyanın “The Times” qəzeti Özbəkistanın mərhum prezidenti Islam Karimovun böyük qızı Gulnara Karimovanın Birləşmiş Krallıqdakı mülklərinin siyahısını dərc edib.
Qəzet bildirir ki, bu mülklər Britaniya hökuməti tərəfindən müsadirə oluna bilər.
Bu da qeyd olunur ki, Karimovaya aid mülklər barədə informasiyanı Britaniyanın Fırıldaqçılıqla Mübarizə Bürosu (Serious Fraud Office) açıqlayıb. Söhbət Surrey qraflığındakı malikanədən və Londonun dəbdəbəli rayonlarında iki mənzildən gedir. Həmin mülklərin ümumi qiymətinin 40 milyon funt strelinq (52 milyon dollar) olduğu bildirilir.
Surreydəki Gorse Hill Manor malikanəsini Karimova 2010-cu ildə 18 milyon funt sterlinqə (23, 5 milyon dollar) alıb. 1912-ci ildə tikilmiş malikanənin ərazisində qayıq gəzintisi üçün göl və sahəsi 70 min kvadratmetr olan bağ var. Yeri gəlmişkən, malikanə Bruney sultanının malikanəsi ilə qonşudur.
Keçmiş prezident qızı Londonun Meyfeya rayonundakı mənzili 8 milyon funt sterlinqə (10, 4 milyon dollar), Belqraviya rayonundakı mənzili isə 2 milyon funt sterlinqə (2,6 milyon dollar) alıb.
Yanvarın 8-də Özbəkistanın Ali Məhkəməsi bildirmişdi ki, Daşkənndə Gulnara Karimovanın yeni məhkəmə prosesinə başlanıb. Məhkəmə qapalı rejimdə keçirilir.47 yaşlı Gulnara Karimova mart ayında ev məhbusluğunun qaydalarını pozduğuna görə qapalı koloniyaya köçürülüb. O 2015-ci ildə 5 il müddətinə azadlıqdan məhrum edilımişdi, lakin ev məhbusu kimi saxlanırdı.
Özbəkistan prokurorları bildirirlər ki, onlar Karimovaya məxsus 1, 5 milyard dollarlıq xarici aktivləri müsadirə etməyə çalışırlar. Karimovanın vəkili Gregoire Mangeat iyun ayında demişdi ki, İsveçrə hökuməti bu işlə bağlı müsadirə edilmiş 555 milyon dolların Özbəksitana qaytarılmasını dayandırıb.
Vəkil bildirirdi ki, pulun qaytarılmasının təxirə salınması Karimovaya qarşı pis rəftar və onun hüquqlarının pozulması ilə bağlıdır. Vəkil bunu da deyirdi ki, Karimovaya zəruri tibbi yardım göstərilmir. Karimovanın qızı Iman iyun ayında yazırdı ki, anasının cərrahiyyə əməliyyatına ehtiyacı var. /Virtualaz.org

Paylaş:
Müəllif : Redaktor
Tarix:29-01-2020, 13:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:29-01-2020, 13:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 16:01
Bu gün, 15:59
Bu gün, 15:58
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT