“FHN nə üçün başqa ölkələrdə olduğu kimi…” – Ekspertdən yanğına reaksiya

“Son zamanlar baş verən yanğınlarda diqqət çəkən məqam daha çox peşəkarlıq və tətbiq olunan texnologiyalarla bağlı olur. Bu gün 1000-dək mağazası olan “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında da görünən odur ki, əsasən ənənəvi yanğınsöndürmə texnologiyalarından istifadə olunurdu. Videolardan görünür ki, bəzi hallarda hətta mağaza sahibləri özləri də yanğın söndürmə prosesində aktiv iştirak edirlər”.
Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, dünyada artıq bu tip ərazilərdə, obyektlərdə baş verən yanğınları söndürmək üçün bir xeyli yeni, innovativ üsullardan və texnologiyalardan istifadə olunur:
“İctimai ərazilərdə yerləşən, qeyri-yaşayış sahəsində, ticarət obyektlərində nə üçün avtomatik yanğınsöndürmə sistemləri quraşdırılmasın ? Böyük obyektlərdə nə üçün buna cavabdeh şəxslər olmasın? Yəqin ki, buradakı mağaza sahibləri icarə üçün, müxtəlif xidmətlər üçün xeyli vəsaitlər ödəyirdilər. Bunun qarşılığında onlara hansı xidmətlər təklif olunurdu? İndi onların zərərini kim ödəməlidir? Fikrimcə, hökumət zərər çəkmiş sahibkarları müdafiə etməlidir. Sığorta məsələsi sərtləşdirilməlidir”.
O.Gündüz FHN-nin xidməti ilə bağlı bir sıra məsələlərə də toxunub:
“Əgər əlçatan bir ərazidə, yanğınsöndürən maşınların və digər resursların, yanğınsöndürənlərin olduğu halda, uzun müddət yanğını söndürmək, əmlakları xilas etmək mümkün deyilsə, demək ümumiyyətlə, yanğından mühafizə sistemi, yanğın təhlükəsizliyinin dayanıqlığı və effektivliyi, tətbiq olunan texnologiyalar yetərli deyil. Yanğından çəkilən video və fotolara baxanda elə qabaqcadan da hesablamaq olardı ki , mövcud resurslarla yalnız kənara yayılmanın qarşısını almaq mümkün olacaq. Odur ki , bu məsələlərə yenidən baxılması doğru olardı. Yeri gəlmişkən, maraqlıdır ki, FHN nə üçün başqa ölkələrdə olduğu kimi Könüllü yanğından mühafizə dəstələrini inkişaf elətdirmir ? Hansı ki, bunlar qanunvericilikdə də nəzərdə tutulub.
Əlbəttə, yanğın təhlükəsizliyi ilə əlaqəli FHN tərəfindən müəyyən işlərin görüldüyünü müşahidə edirik, biz yanğınsöndürənlərin öz həyatlarını riskə atdıqlarının fərqindəyik, onların fədakarlığını yüksək qiymətləndirirk.
Bununla belə düşünürəm ki, FHN yeni, innovativ yanğınsöndürmə texnikası, yanğınsöndürən və yanğından qoruyan yeni maddələr əldə etməlidir.
Yeni yanaşmalar olmalıdır, FHN Könüllü dəstələrin yaradılmasını stimullaşdırmalı və onlara təlimlər keçməlidir, ictimai əhəmiyyətli yerlərdə daha effektiv yanğından mühafizə və yanğısöndürmə sistemlərindən istifadə edilməlidir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:26-03-2019, 16:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:26-03-2019, 16:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 16:01
Bu gün, 15:59
Bu gün, 15:58
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT