“Ermənistan Rusiya üçün KTMT-nin tamhüquqlu üzvü olaraq qalır” – Zaxarova
“Ermənistan bütün hüquq və öhdəliklərlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır”.
TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Biz ondan çıxış edirik ki, Ermənistan bu statusdan irəli gələn bütün hüquq və öhdəliklərlə KTMT-nin tamhüquqlu üzvü olaraq qalmaqda davam edir”, - diplomat bildirib.
Eyni zamanda, onun sözlərinə görə, Moskva təəssüf edir ki, İrəvanın təşkilatın tədbirlərində iştirak dinamikası azalıb.
Digər tərəfdən, Rusiya XİN sözçüsü Moskvanın Ermənistan hakimiyyətinin KTMT-nin İrəvan qarşısında öhdəliklərini yerinə yetirməməsi ilə bağlı ittihamlarını qəti şəkildə qəbul etmədiyini bildirib.
“Biz 2021-2022-ci illərdə regionda baş vermiş məlum hadisələr zamanı KTMT-nin İrəvan qarşısında mandat və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hakimiyyətinin ittihamlarını qəti şəkildə qəbul etmirik”, - deyə diplomat bildirib.
Qeyd edək ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan rəsmi İrəvanın KTMT-də iştirakını dondurduğunu bildirmiş, rəsmi Moskva isə bununla bağlı Ermənistandan izahat tələb etmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-02-2024, 18:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb