G7 sammiti başladı

Yeddilik (G7) ölkələri liderlərinin görüşü videokonfrans vasitəsilə başlayıb.
Bu haqda “Kyodo” agentliyi məlumat yayıb.
Yaponiya hökumətinin Baş katibi Hirokazu Matsunonun sözlərinə görə, görüşün əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski ona videobağlantı vasitəsilə müraciət edəcək.
Onun sözlərinə görə, sammit ötən ilin yekunlarına, həmçinin Ukrayna böhranı və Yaxın Şərqdəki vəziyyətə həsr olunacaq. Sammit iştirakçıları süni intellekt probleminə də toxunacaqlar.
Məlumata görə, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar ölkələr atəşkəs perspektivlərini və Qəzza zolağına humanitar yardımın çatdırılması imkanlarını müzakirə edəcəklər.
Baş katib qeyd edib ki, Ukraynaya gəlincə, təşkilata üzv olan ölkələrin liderləri Rusiyaya qarşı sanksiyaların uzadılması və Ukraynanın bərpasına köməklik barədə razılığa gəlməlidirlər.
Həmçinin, İtaliya Ukraynanı G7-nin növbəti sammitinin əsas gündəliyi adlandırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-12-2023, 21:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO