“Ukrayna önəmli bir təhlükəsizlik zəfərini evə aparır”

“Biz G7 ölkələri və əsas tərəfdaşlarımızla ikitərəfli və çoxtərəfli sazişlər vasitəsilə genişləndiriləcək təhlükəsizlik zəmanətləri çərçivəsində razılaşdıq”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs Sammiti çərçivəsində ilk dəfə keçirilən Ukrayna-NATO Şurasının iclasından sonra deyib.
“Ukrayna nümayəndə heyəti Ukrayna üçün, ölkəmiz, xalqımız, uşaqlarımız üçün mühüm təhlükəsizlik qələbəsini evə aparır. Bu, bizim üçün yeni təhlükəsizlik imkanları açır”, - Zelenski əlavə edib.
Qeyd edək ki, NATO ilə Ukrayna arasında münasibətləri növbəti səviyyəyə çıxarmaq üçün yaradılan NATO-Ukrayna Şurası tarixində ilk dəfə toplanıb. Şuranın ilk iclası Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitində dövlət və hökumət başçıları səviyyəsində baş tutub.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-07-2023, 21:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...