reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycanla Qazaxıstan arasında müntəzəm uçuşların sayı artırılacaq

reklam

Azərbaycanla Qazaxıstan arasında müntəzəm uçuşların sayı artırılacaq


Azərbaycanla Qazaxıstan arasında müntəzəm uçuşların aylıq sayı 32-dən 42-yə çatdırılacaq.

Bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, Qazaxıstanın Baş naziri Alixan Smailovun Bakıya səfəri zamanı qurumun Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə imzaladığı hava əlaqəsi haqqında protokol hesabına olacaq. Belə ki, sənədə əsasən, iki ölkə arasında müntəzəm uçuşların hüquqi bazası genişləndirilib. Bu isə Qazaxıstan və Azərbaycan arasında hava daşımaları bazarında rəqabətin artmasına, həmçinin ölkələr arasında ticarət-iqtisadi, biznes, turizm və mədəni əməkdaşlığın daha da güclənməsinə səbəb olacaq.

Mənbə: Qazaxıstan mətbuatı




Paylaş:


Müəllif : Tarix:
23-06-2023, 11:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər