reklam
Regionxeberlericom.az » Siyasət » Baş nazir iki nazirliyin kollegiyasını dəyişdirdi

reklam

Baş nazir iki nazirliyin kollegiyasını dəyişdirdi


Baş nazir Əli Əsədovun qərarları ilə iki nazirliyin kollegiyalarının tərkibində dəyişiklik edilib.


Hökumət başçısının birinci qərarı Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi ilə əlaqəlidir.


Bildirilir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2018-ci il 12 sentyabr tarixli 386 nömrəli qərarı dəyişdirilsin.


“Qərarın 1-ci hissəsinin “Kollegiyanın üzvləri:” bölməsində “M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru.” sözləri “Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktoru.” sözləri ilə əvəz edilsin”, - deyə qeyd olunub.


Baş nazirin digər qərarı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqəlidir. Baş nazir həmin nazirliyin kollegiyası haqqında 2020-ci il 15 avqust tarixli 296 nömrəli qərarında dəyişiklik edib.


Yeni qərarda bildirilir ki, əvvəlki qərarın 1.1-ci hissəsində “13” rəqəmləri “15” rəqəmləri ilə əvəz edilsin.


“Kollegiyanın üzvləri:” bölməsi aşağıdakı redaksiyada verilir:


Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavinləri


Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Ekoloji siyasət şöbəsinin müdiri


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Hüquq və insan resursları şöbəsinin müdiri


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin müdiri


Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi


Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi


Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi


Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi.




Paylaş:


Müəllif : Tarix:
28-01-2023, 16:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər