reklam
Regionxeberlericom.az » Siyasət » İmran Xanın siyasətlə məşğul olmasına qadağa qoyuldu

reklam

İmran Xanın siyasətlə məşğul olmasına qadağa qoyuldu

















Pakistan Seçki Komissiyası keçmiş Baş nazir İmran Xanın baş nazir olarkən aldığı hədiyyələrin təfərrüatlarını açıqlamadığı səbəbilə siyasətlə məşğul olmasına qadağa qoyub.

Sözügedən qərardan sonra İmran Xan aldığı hədiyyələrin təfərrüatlarını açıqlamazsa, cinayət təqibi ilə üzləşə bilər.

Pakistan qanunlarına görə, baş nazirlər, nazirlər, bürokratlar və yüksək rütbəli dövlət məmurları xarici dövlət xadimlərindən alınan hədiyyələr barədə “Toşaxana” adlanan şöbəyə məlumat verməyə borcludurlar.

Koalisiya hökumətinin İmran Xana qarşı Seçki Komissiyasına verdiyi ərizədə İmran Xanın 52 hədiyyə aldığı və əksəriyyətini satdığı iddia edilib. Sözügedən hədiyyələrin 2018-ci ilin avqustu ilə 2021-ci ilin dekabr ayları arasında alındığı, bazar dəyərinin təxminən 641 min dollar olduğu bildirilir.

İmran Xanın vəkili Əli Zəfər paytaxt İslamabadda mətbuata açıqlamasında Seçki Komissiyasının məhkəmə olmadığına və bu qərarı qəbul edə bilməyəcəyinə diqqət çəkib.

Keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi, İmran Xanın bu şəkildə aradan götürülməsinə icazə verməyəcəklərini bildirərək, qanuni yollarla müvafiq addımlar atacaqlarını deyib.




Paylaş:


Müəllif : Tarix:
21-10-2022, 16:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər