Daha dörd şirkət AQC-yə üzv oldu - FOTO
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Yığıncaqda təşkilati məsələlər, fəaliyyət proqramı, Daxili Əsasnamə, sertifikatlaşdırma kurslarında imtahanların yeni qaydaları, Direktorlar Şurasının tərkibi və cari məsələlər barədə müzakirələr aparılıb.
İdarə Heyətinin iclasını giriş sözü ilə açan AQC sədri Vüqar Oruc VII Hesabat-seçki konfransının nəticələrinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməsi və konfransdan sonra görülmüş işlər haqqında İdarə Heyətini məlumatlandırıb.“Aİ Consulting”, “ZƏFƏR AZ”, “NNO” və “Hüquqçu” MMC-nin AQC üzvlüyünə qəbulu İdarə Heyəti tərəfindən təsdiqlənib. AQC sədri Vüqar Oruc tərəfindən təqdim olunan “Fəaliyyət proqramı” və “Daxili Əsasnamə” yekdilliklə qəbul olunub. Quruma daxil olan qiymətləndirmə şirkətlərinin direktorlarından ibarət Direktorlar Şurası təşkil edilib və rəhbərlik AQC sədrinə həvalə olunub. Kurslarla bağlı müzakirələr zamanı AQC İdarə Heyəti mütəxəssislərin “Daşınmaz əmlakın bütün növləri üzrə (torpaq, fərdi yaşayış evi, mənzil, qeyri yaşayış təyinatlı) sertifikatlaşdırması məqsədi ilə növbəti kursun iyul-avqust aylarında keçirilməsi qərarlaşdırılıb. Şəffaflığın təmin olunması məqsədilə İmtahanların yeni qaydalarla – rəqəmsal kodlaşdırma prinsipi ilə keçirilməsi qərara alınıb. Davamlı peşəkar inkişaf məqsədilə reytinq cədvəlinin hazırlanması Təlim,Təhsil və sertifikatlaşdırma departamentinin rəhbəri, UNEC baş müəllimi, dosent İbrahim Quliyevə, AQC loqosundan üzv şirkətlərin istifadə etməsi qaydalarının hazırlanması Hüquq və qiymətləndirmə standartları departamentinin rəhbəri Şükür Hüseynova, AQC-yə üzv şirkətlərin üzvlük haqqlarının ödənilməsi istiqamətində addımlar atılması və yeni üzv olan qurumların koordinasiyası Təşkilat departamentinin rəhbəri Elnur Əsədova tapşırılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-07-2022, 10:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT