reklam
Regionxeberlericom.az » Siyasət » Prezident əmək pensiyalarının indeksləşdirilməsi haqqında SƏRƏNCAM İMZALAYIB

reklam

Prezident əmək pensiyalarının indeksləşdirilməsi haqqında SƏRƏNCAM İMZALAYIB

Prezident İlham Əliyev "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Paylaş:


Müəllif : Tarix:
5-02-2021, 18:03
Sikayət   


loading...
Загрузка...