"Belarusa rəhbərlik etməyə hazıram" - Tixanovskaya əhaliyə müraciət etdi

Belarusun müxalifət siyasətçisi Svetlana Tixanovskaya mübahisəli seçkidən sonra ölkəyə rəhbərlik etməyə hazır olduğunu deyib.
Avqustun 16-da "YouTube"-da yerləşdirdiyi videomüraciətdə Tixanovskaya yeni ədalətli seçkinin keçirilməsini təmin edəcək hüquqi çərçivə yaratmağa çağırıb. Rəsmi seçki orqanının 80 faiz səslə qalib elan etdiyi Lukaşenko isə bu təklifi dərhal rədd edib.
37 yaşlı Tixanouskaya hazırda Litvadadır, videobloqer ərinin həbsindən sonra seçkiyə qatılıb. O deyib ki, təhlükəsizlik və hüquq-mühafizəəməkdaşları Lukaşenko hökumətini tərk edərək tərəf dəyişərlərsə onların keçmiş davranışı bağışlana bilər.
“Ölkənin sakitləşməsi və normal ritmə dönməsi üçün məsuliyyət götürərək milli lider kimi hərəkət etməyə hazıram”, – Tixanovskaya avqustun 16-da "YouTube" sosial şəbəkəsində yerləşdirdiyi videomüraciətdə deyib.
Lukaşenko isə hakimiyyətdə qalmaq əzmindən əl çəkmir, avqustun 17-də vertolyotla "Minsk təkərli dartıcılar" zavoduna gedib.
Belarusda baş verənlərə region ölkələrindən reaksiyalar gəlməkdədir. Polşa avqustun 17-də bəyan edib ki, Belarusla sərhədin monitorinqini aparır. Bu həftə Belarus ordusu Polşa və Litvayla həmsərhəd Qrodno regionunda təlimlər planlaşdırır.
Britaniyanın Xarici işlər naziri Dominik Raab avqustun 17-də bəyan edib ki, Lukaşenkonun təkrar seçilməsi saxtadır və Britaniya hökuməti seçkinin nəticələrini qəbul etməyəcək. “Bu saxta prezident seçkisindən sonra Belarus hakimiyyətinin dinc etirazçıları boğmaqdan ötrü əl atdığı zorakılığı dünya dəhşətlə izləyib”, – o vurğulayıb. “Britaniya nəticələri tanımır”, – nazir bəyan edib. (azadliq.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:17-08-2020, 14:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-08-2020, 14:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 11:55
Dünən, 09:17
Dünən, 08:25
27-08-2025, 21:06
27-08-2025, 12:37
27-08-2025, 10:32
27-08-2025, 10:30
27-08-2025, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?