“HADİSƏLƏR MOSKVANIN BÖYÜK TƏZYİQİ ALTINDA BAŞ VERİR” – Brayzadan sensasiyalı açıqlama

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyir ki, Azərbaycanla Ermənistan müharibəyə çox da yaxınlaşıb. Keçmiş səfir Türkiyənin Bodrum şəhərindən “TRT World” telekanalına “Skype” müsahibəsində bu haqda danışıb.
“Vəziyyət gərgindir, ancaq heç bir tərəf irimiqyaslı münaqişə istəmir, çünki heç bir tərəf buna uzun müddət duruş gətirə bilməz. COVID-19 pandemiyası səbəbindən daxili siyasi durum sabit deyil, virus Ermənistana ağır zərbə vurub, Azərbaycanda ikinci dalğa başlanıb. Bundan başqa, məncə, vasitəçi tərəflər münaqişə tərəflərini danışıqlar masasına qaytarmaq üçün hər şey etmək istəyirlər”, – Brayza deyib.
Qeyd edək ki, hələlik, dünyanın heç bir ölkəsində koronavirusun ikinci dalğasının başlanmadığı, mövcud yoluxmaların hələ birinci dalğa olduğu bildirilir. Keçmiş səfir bir məqama diqqət çəkir. O deyir ki, sərhəd toqquşmaları başlanmazdan altı gün öncə Rusiya parlamentinin aşağı palatasının – Dövlət Dumasının çox nüfuzlu üzvü Konstantin Zatulin (o, MDB üzrə komitənin sədridir) qəribə bir xəbərdarlıq səsləndirib. “O deyib ki, Ermənistan Rusiyanın müttəfiqidir və hər hansı ölkə ona hücum edərsə, Rusiya hərbi güclə buna müdaxilə edəcək, Ermənistan daxilindəki hərbi bazasındakı qüvvələrindən istifadə edəcək. Yəni, bu hadisələrin arxasında Moskvada baş verən qəribə nələrsə dayanır”, – Brayza vurğulayıb.
Keçmiş səfir Ermənistanın Baş naziri Nikol Paşinyanın bir il öncə tamamilə fərqli danışdığını yada salır: “O deyirdi ki, tərəqqi əldə edə bilərlər, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə gərginliyi azaltmaqla bağlı tədbirləri razılaşdırıblar, əhalini sülhə hazırlamalıdırlar. Sonra o, 180 dərəcə dəyişdi və fikrimcə, bu, Moskvanın böyük təzyiqi altında baş verir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-07-2020, 22:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-07-2020, 22:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 11:55
Bu gün, 09:17
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?