Azərbaycanda yenidən məmur həbsi ola bilər: - Nəticə çıxarmayanlar var

Məmur həbslərinin yeni mərhələsi başlaya bilər.
regionxeberlericom.az Yenisabah.az-a istinadən xəbər verir ki, ekspertlərin fikrincə, ölkə başçısı İlham Əliyevin Ağcəbədi rayonunda “ASAN Həyat” kompleksinin açılışında etdiyi yeni həbslərin bunu anonsudur. Məlumat üçün deyək ki, dövlət başçısı çıxışında məmur özbaşınalığı ilə bağlı ona siqnallar gəldiyini bildirib.
“Biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır. Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var.
Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik”, - deyə Prezident vurğulayıb.
Bu çıxışa qədər Dövlət Təhlükəsizlik Xidməti (DTX) dörd rayonun icra hakimiyyətində, daha sonra Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətində (DSX) xüsusi əməliyyatlar keçirib. Əməliyyatlar nəticəsində Ağstafa, Neftçala, Biləsuvar və İmişlinin icra başçıları vəzifə başında həbs edilib. Onlarla yanaşı icra hakimiyyətlərinin başqa vəzifəli şəxsləri də məsuliyyətə cəlb olunub. Mədəniyyət Nazirliyi və DSX-da keçirilən əməliyyatlara gəlincə, hər iki qurumun müavin səviyyəsində yüksək vəzifəli şəxsləri həbs edilib.
Bu həbslərə qədər İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib. Hakimiyyətin 2108-ci ildən başlayaraq köklü islahatlara start verdiyini bildirib. Məmurları dövrün müasir tələblərinə uyğun fromada fəaliyyət göstrəməyə çağırıb. Lakin həbslər göstərib ki, bu çağırışların faydası olmayıb. Dövlət başçısı hər dəfə məmur həbsi baş verəndə məsələyə münasibət bildirərək, heç kimə güzəşt edilməyəcəyini bəyan etsə də, yenə də bəzi vəzifli şəxslər xəbərdarlıqları qulaqardına vurub və ənənəvi formada fəaliyyətlərini davam etdiriblər. Onların bu arxayınlığı növbəti əməliyyatlara və həbslərə səbəb olub.
Ölkə başçısının Ağcəbədidə etdiyi çıxışdan görünür ki, hələ də həbslərdən nəticə çıxarmayan məmurlar var. Böyük ehtimalla yaxın vaxtlarda onlar da cəzalandırılacaq. Həmçinin, İlham Əliyevin çıxışından aydın olur ki, dövlət başçısı bu prosesə cəmiyyəti də səfərbər etməyə çalışır. Prezident “mütləq ictimai nəzarət olmalıdır”, “hər bir siqnal araşdırılacaq” deməklə məhz bunun anonsunu verir. Onun əminliklə “biz korrupsiyaya qalib gələcəyik” söyləməsi də cəmiyyətin bu məsələdə fəallığına inamının təzahürüdür.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-06-2020, 13:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-06-2020, 13:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 11:55
Bu gün, 09:17
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO