Ərdoğandan Trampa cavab: “Gücü yetməz”
"Qəzza xalqını min illərdir mövcud olan əbədi vətənindən çıxarmağa heç kimin gücü yetməz! Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla Fələstin fələstinlilərə məxsusdur! Bizim nəzərimizcə, sionist administrasiyanın təzyiqi altında yeni ABŞ administrasiyasının Qəzza ilə bağlı irəli sürdüyü təkliflərin heç bir dəyəri yoxdur."
Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfər edəcəyi Asiya turnesinə başlamazdan əvvəl jurnalistlərə bildirib. “Sionist rejiminin təzyiqi ilə yeni ABŞ administrasiyasının Qəzza ilə bağlı gündəmə gətirdiyi təkliflərin bizim baxımımızdan müzakirə ediləcək heç bir tərəfi yoxdur. Bunların hamısı Qəzzada suyu bulandırmaq cəhdləridir” – deyə, Ərdoğan söyləyib.
Türkiyə Prezidenti qeyd edib ki, İsrailin hiylələrinə, oyunlarına rəğmən, məhbus və əsir mübadiləsi davam edir. "Biz HƏMAS-ın verdiyi sözə sadiq qaldığını müşahidə etməkdən məmnunuq. Təəssüflər olsun ki, İsrail rəhbərliyinin atəşkəsi qalıcı etmək əvəzinə daha məkrli və qeyri-insani planların olduğunu görürük" -deyə, o, bildirib.
Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında Qəzza zolağına uzunmüddətli sahiblik məsələsini nəzərdən keçirdiyini açıqlamışdı. “Reuters” agentliyi xəbər vermişdi ki, Amerika lideri Qəzzanı “söküntü yeri” kimi qiymətləndirir və “insanları həyat üçün yararsız torpaqda yaşamağa məcbur etməyi qeyri-insani” hesab edir və gələcəkdə fələstinlilərin anklavdan köçürülməsini planlaşdırır.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-02-2025, 08:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT