reklam
Regionxeberlericom.az » Sosial » Belarusdan olan emiqrantlar Lukaşenkonu devirməyə hazırlaşır - İDDİA

reklam

Belarusdan olan emiqrantlar Lukaşenkonu devirməyə hazırlaşır - İDDİA


Polşada yerləşən BYPOL müqavimət qrupunun təmsil etdiyi belaruslu mühacirlər Belarus prezidenti Aleksandr Lukaşenkonun başçılıq etdiyi hakimiyyəti devirmək məqsədi daşıyan çevriliş həyata keçirməyə fəal şəkildə hazırlaşır.

Bu barədə “Politico” məlumat yayıb.

Belarus ordusunun keçmiş zabiti, müqavimət qrupunun liderlərindən biri Aleksandr Azarov artıq təfərrüatlı planı həyata keçirməyə tam hazır olması barədə məlumat verib.

Onun sözlərinə görə, Lukaşenko hakimiyyətinin zəiflədilməsi üçün əsas məqam Rusiya prezidentinin Ukraynada məğlub olmasıdır. "Putinsiz Lukaşenko olmayacaq. Əgər Ukrayna uğurlu hücuma başlasa, Putinin Belarusa artıq vaxtı olmayacaq", - Azarov bildirib.

O, həmçinin bildirib ki, BYPOL qrupu Rusiya hərbi qüvvələrinə qarşı fəal şəkildə təxribat əməliyyatları aparır, Ukraynaya onun mübarizəsində dəstək verməyə çalışır. Bu əməliyyatlara Rusiya döyüş təyyarələrinə hücumlar, dəmiryol xətlərinin zədələnməsi və Ukrayna silahlı qüvvələri ilə yanaşı döyüşən belaruslu könüllülərin təlimi daxildir. 2023-cü ilin fevralında qrup Minsk yaxınlığındakı hava bazasında Rusiya hərbi təyyarəsinə ciddi ziyan vuran pilotsuz təyyarə hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.





Paylaş:


Müəllif : Tarix:
29-02-2024, 15:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər