reklam
Regionxeberlericom.az » Sosial » Əmrullayev gəldi-getdi... Rəhman müəllimin ayağı YER ALDI... - Naxçıvan təhsili GÜNÜ-GÜNDƏN BATIR...

reklam

Əmrullayev gəldi-getdi... Rəhman müəllimin ayağı YER ALDI... - Naxçıvan təhsili GÜNÜ-GÜNDƏN BATIR...

Naxçıvan Muxtar Respublikası Təhsil Naziri Rəhman Məmmədovun adı yeni qalmaqalda hallanır. Son Zəng Günü Naxçıvanda olan Emin Əmrullayevin Bakıya dönüşündən sonra MR-nın təhsil sistemində islahatların həyata keçiriləcəyi gözlənilsə də, bu baş vermədi. Əksi daha çox müşahidə olunmaqdadır ki, bu qəbildən olan növbəti fakt Rəhman Məmmədovun "müəyyən maraqlar müqabilində" yeni təyinata imza atmasıdır.

Regionxeberlericom.az bildirir ki, bu barədə DİA.AZ-a danışan MR-dakı mənbələrin iddiasına görə, Gülxanım Orucovanın Naxçıvan MR Təhsil Nazirliyinə sektor müdiri təyin edilməsi bütün eşidənləri heyrətləndirib:

"Gülxanım Orucovanın adı bu vaxta qədər müxtəlif məişət xarakterli qalmaqallarda hallanıb və hətta iş polisə qədər gedib çıxıb (QEYD: Hadisənin mahiyyəti redaksiyamıza məlumdur, zərurət yaranarsa, ictimailəşdirə bilərik). Yəni belə bir reputasiyalı xanımın MR Təhsil Nazirliyinə yüksək vəzifəyə gətirilməsi o deməkdir ki, Naxçıvanda təhsildən əlimizi birdəfəlik üzməliyik.

Gülxanım Orucovanın dövlət qulluğuna qəbulunun da problemli olduğunu iddia edən mənbə daha sonra bildirir: Bu işdə MR DİM rəhbəri İsmayıl Qəriblinin anası M.Qəribovanın xidmətləri yetərincədir. Belə ki, ikilinin çox yaxın münasibətləri olub və bu yolla o dövlət qulluğuna "qəbul olub"".

İddia olunanlarla bağlı dia.az olaraq bütüh maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...





Paylaş:


Müəllif : Tarix:
22-06-2023, 09:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər