Məktəblərdə yeni fənni kim tədris edəcək? - Nazirlikdən AÇIQLAMA
Ötən günlərdə , Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev qeyd edib ki, növbəti tədris ilində 6-cı siniflərdə “Təbiət” fənni tədris ediləcək.
Əvəzində isə 6-cı siniflərdə biologiya və fizika tədris olunmayacaq. Orta məktəblərdə fənlərə baxılması istiqamətində nazirlikdə müzakirələrin başlanılıb. - deyə o əlavə edib.
Bəs məktəblərdə yeni fənni kim tədris edəcək?
Məsələ ilə bağlı Trend Elm və Təhsil nazirliyinə sorğu ünvanlayıb.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinə əsasən, ümumi təhsilin səviyyələri üzrə tədris olunan fənlərin siyahısında ümumi orta təhsil səviyyəsindən “Həyat bilgisi” fənni çıxarılaraq “Təbiət” fənni əlavə edilmişdir.
2022-2023-cü dərs ilində ölkənin bütün V siniflərində “Təbiət” fənni tədris olunmuşdur. 2023-2024-cü dərs ilində bütün VI siniflərdə “Təbiət” fənninin tədrisinin davam etdirilməsi nəzərdə tutulur. Təbiət fənlərinin şagirdlər tərəfindən effektiv mənimsənilməsi üçün zəruri olan ilkin bilikləri və əsas proses bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan bu fənn VII siniflərdə tədris olunacaq “Fizika”, “Kimya” və “Biologiya” fənlərinə keçid xarakteri daşıyır.
“Fizika” və “Biologiya” VI siniflərdə ayrıca fənn kimi olmasa da, “Təbiət” fənninin məzmununa “Fizika”, “Kimya” və “Biologiya” fənləri üzrə ilkin biliklər daxil edilmişdir. Məlumdur ki, uyğun elm sahələrinin müəyyən müstəvidə əlaqələndirilməsi və vahid formada təqdim olunması təlim marağını yaradan başlıca vasitələrdəndir. Fənlərarası inteqrasiya nəticəsində tədris materialının yığcamlığı təmin edilir, təkrara yer verilmir, şagirdlər artıq yüklənmir və tədris vaxtına qənaət edilir. Onlar az vaxt içərisində çox, həm də bir-biri ilə üzvi əlaqədə formalaşmış biliklər əldə edirlər.
Bu səbəbdən interqativ məzmunlu “Təbiət” fənninin tədris planına daxil edilməsinin şagirdlərin gələcəkdə təbiət elmləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsinə təsiri müsbət olacaqdır", deyə sorğuya cavabda bildirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-06-2023, 15:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II