reklam
Regionxeberlericom.az » Sosial » FARS-MOLLA REJİMİ TAM OLARAQ BAŞINI İTİRİB... - Azərbaycanca kitablar sərgiyə buraxılmır

reklam

FARS-MOLLA REJİMİ TAM OLARAQ BAŞINI İTİRİB... - Azərbaycanca kitablar sərgiyə buraxılmır

Tehranın 34-cü kitab sərgisində Azərbaycan dilində olan və milli-mədəni varlığımızla əlaqəli olan kitabların istənilən səviyyədə iştirakına icazə verilmədi. Bundan öncə də keçirilən kitab sərgiləri, film festivalları və başqa mədəni tədbirlərdə Azərbaycan dilində olan əsərlərə qısqanc və ögey münasibət bəslənilib.

Bu sözləri Kult.az-a Tehranda yaşayan azərbaycanlı mədəniyyət xadimi, ziyalı və uzun illərdir Azərbaycan dilində kitab nəşri ilə məşğul olan Azad Germili deyib.

O, kitabların ədəbi məzmunlu olduğunu, heç bir siyasi çalar daşımadığını bildirib:

“Bu kitabların əksəriyyətinin İranın Mədəniyyət və İrşad Nazirliyinin icazəsi ilə nəşr edilməsinə baxmayaraq, məsullar Azərbaycan dilindəki kitabların çox gözə çarpmasını istəmədilər. Ana dilimizdə olan ədəbi kitablara qarşı göstərilən münasibətdən belə başa düşürük ki, hökumətin gözündə Azərbaycan dili və ədəbiyyatından danışmaq, onu ayaqda saxlamağa çalışmaq siyasi hərəkət hesab edilir. Belə olmasaydı, adi şeir kitabları, uşaq hekayələrinin sərgidə iştirakına bu qədər həssas yanaşılmazdı”.

O, hökumətin başqa sahələrdə də Azərbaycan dilində olan əsərlərə oxşar münasibətindən də danışıb:

“Beynəlxalq Fəcr Film Festivalına yüzlərlə filmin qatılmasına baxmayaraq, Azərbaycan dilində olan bir-iki filmin iştirakına icazə verilmir. Azərbaycanlı rejissorlar ana dillərində film çəkməyə cəsarət etdiklərinə görə dolayı yollarla təzyiqlərə məruz qalır, ölkədən mühacirət etməyə məcbur edilirlər. Buna sonuncu nümunə kimi “Qolçaq” filmini misal çəkə bilərəm. Mərhum rejissor Əsgər Yusifinejadın Azərbaycan dilində çəkdiyi “Qolçaq” filmi Fəcr Film Festivalına buraxılmadı”.

Azad Germili Azərbaycan dilinə qarşı münasibətin Pəhləvi dövrü ilə eyni olduğunu vurğulayıb.

Qeyd edək ki, Tehran 34-cü kitab sərgisi 11 mayda açılıb və 20 maya qədər davam edəcək.





Paylaş:


Müəllif : Tarix:
12-05-2023, 16:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər