“Azərxalça” müflis olur? – Məhkəmə

Ləğv edilmə prosesində olan Azərxalça Elmi Yaradıcılıq İstehsalat Birliyinin müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair ərizəsinin mümkünlüyünə baxılıb.
regionxeberlericom.az Axar.az-a istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Azərxalça Elmi Yaradacılıq İstehsalat Birliyinin rəhbəliyi müraciət edib.
Briliyin müflis elan edilməsi, cəmiyyətin iflas prosesinə başlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilib.
Hakim Aytən Oruczadənin sədrliyi ilə keçirilən prosesdə ərizə və ərizəyə əlavə edilmiş sənədlər nəzərdən keçirilib. Hakim hesab edib ki, ərizəçi (borclu) tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.
İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ləğv prosesində olan Azərxalça Elmi Yaradıcılıq İstehsalat Birliyinin ümumilikdə 405.006,4 manat borcu mövcuddur. Həmin borcun 17.327,01 manat hissəsi vergiyə, digər 72.366,42 manat hissəsi isə sosial sığorta borcuna aiddir.
Bu borclar ilə bağlı ərizəçi öz ərizəsində kreditor qismində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini göstərib.
Buna baxmayaraq, ərizəçi sözügedən 405.006,4 borcunun 296.389 manat hissəsini isə yalnız kredit borclarının olması ilə əsaslandırıb, lakin mövcud olan kreditorların siyahısını ərizəyə əlavə etməyib.
Belə olduğu halda məhkəmə hesab edib ki, ləğv prosesində olan Azərxalça Elmi Yaradıcılıq İstehsalat Birliyi ərizəni “Müflisləşmə və iflas” haqqında Qanunun tələblərinə, eyni zamanda Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etməyərək məhkəməyə təqdim etdiyindən, ərizə geri qaytarılmalıdır.
Məhkəmə izah edib ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2019, 16:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-08-2019, 16:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 11:55
Bu gün, 09:17
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?