Səlim Müslümovun qohumu da narazılıq yaradır - GİLEY

“Zəlzələ olanda tavandan taxta qopub düşdü üstümə. Divarlar yarılıb, siçovullar evin içinə girib-çıxırlar. Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi isə deyir ki, yüngülvari təmir lazımdır. 70 ilin evi uçulub tökülür, bu adam isə deyir ki, elə-belə şeydir. Belə çıxır, ev başıma uçmalıdır ki, bunlar da hərəkətə gəlsinlər”. Bu sözləri Ağsu şəhəri, Heydər Əliyev küçəsi, ev 4 ünvanında yaşayan Gülarə Çoban qızı Məmmədova deyir.
Bildirir ki, zəlzələdən sonra qəzalı vəziyyətə düşən evi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya, ölkə başçısı İlham Əliyevə məktub yazıb: “Məktubumun cavabı Ağsu Rayon İcra Hakimiyyətinə yönləndirildi. Onlar da bildirdilər ki, evinizə baxış keçirilib qərar veriləcək. Fövqəladədən gəlib baxdılar, başıma uçan evə təmir yazdılar. Ağsuda ancaq zəlzələdən zərərçəkmiş imkanlı adamların evlərini tikirlər. Onlardan müəyyən məbləğdə rüşvət alırar, evlərini tikirlər. Mənim o qədər pulum haradandır? Olsa, evimi özüm tikdirərdim. 58 yaşım var, xəstə, əlil adamam, 200 kiloyam, artıq çəkidən əziyyət çəkirəm. Sərbəst gəzə bilmirəm, bir əlimdə əsa, digərində də döşəməsilən ağacla hərəkət edirəm.
Fevralda zəlzələ olanda, az qaldı ki, ev başıma uçsun. Qardaşımgillə eyni həyətdə yaşayırıq, gəlib, oğlu ilə köməkləşib, məni bayıra çıxardılar. Aidiyyatı qurumlardan soruşuram, xəstə adamam, ev uçsa, altında qalıb ölsəm, kim cavabdeh olacaq?”
Gülarə Məmmədova deyir ki, hazırda evində yaşamaq olduqca təhlükəlidir. Lakin bununla belə, ümidini üzmür, gözləyir ki, bəlkə onun da evini təmir etdilər:
“Ev əvvəldən qəzalı durumda idi. Lakin bu son zəlzələdən sonra dərin yarğanlar yaranıb. Ev məngənəyə alınmışdı ki, uçmasın. Zəlzələdən sonra evin divarları daha da aralandı, sanki sürüşmə oldu. Ev içəridən uçdu töküldü. Qardaşım dedi ki, bu evdə yaşamaq təhlükəlidir, gəl, bizim evimizdə yaşa, razılaşmadım. Xəstə adamam, mənə istirahət, sakitlik lazımdır. Onlar da külfətdir, üstəlik, balaca nəvələri var. Ona görə razılaşmıram, deyirəm ki, sizinlə yaşaya bilmərəm.
Cavanlığımda xəstələndim, şok vəziyyətinə düşdüm. Bir sutkadan sonra ayıldım. Ailə qurmadım, hormonal dərmanlar içdim, beləcə kökəlmə getdi. Səhhətimdə bir çox problemim var. Əlil adamam, yeri gəlsə, kökumət mənə baxıcı ayırmalıdır. İkinci qrup əlil kimi 160 manat təqaüd alıram, onun yarıdan çoxunu hər ay aptekdə xərcləyirəm. Hələ bunun kommunalları da var. Qardaşımla, həyat yoldaşı mənə baxmasalar, bu damın altında kimsəzilikdən ölərəm. Yenə də ümidimi üzməmişəm, bəlkə insafa gəlib, mənim də evimi tikdilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-07-2019, 16:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-07-2019, 16:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 11:55
Bu gün, 09:17
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO