Dünyada İslam da güclənəcək, islamafobiya da - ermənilər üçün fürsət...

Əfqanıstanı tamamilə nəzarətə götürən “Taliban” qüvvələri İslam qanunları ilə, Qurani-Kərimlə hökm edəcəklərini, yəni İslam hökuməti qurduqlarını bəyan edirlər. Əfqanıstan “İslam Əmirliyi” yaradılacağı haqda “Taliban”ın verdiyi bəyanat dünyada İŞİD adlı təhlükənin mövcud olduğu zamanı xatırladır və islamofobiyanın güclənməsi mövzusunu aktuallaşdırır.
“Taliban”ın artıq İŞİD kimi qəddarlıq etdiyi haqda xəbərlər çoxalıb. Aydındır ki, İslam xəttinin güclənməsi dünyada əks-reaksiya da doğuracaq, xüsusilə Avropada islamafobiya yenidən artacaq. Hətta bunun öz qoşunlarını müəmmalı şəkildə Əfqanıstandan geri çəkən ABŞ-ın uzaqgedən planı olduğu haqda ciddi şübhələr var.
İslamafobiyanın güclənməsinin isə Azərbaycana da zaman-zaman ciddi təsirləri və zərəri olub. Qarabağdakı həssas dövrdə isə xristian dünyasının dəstək verdiyi erməni separatizmi bundan öz lehlərinə faydalana bilər.
Ekspert Hacı İlqar İbrahimoğlu “Yeni Müsavat”a bu barədə şərhində bildirdi ki, Amerikanın Əfqanıstan strategiyası iflasa uğradı: “Bunun davamı İraqda da baş verməkdədir. Corc Buşun dövründən başlanan ”demokratiya" intervensiyası fiaskoya uğradı. Hazırda Əfqanıstanda baş verənləri birmənalı təhlil etmək və inkişaf tendensiyasını göstərmək üçün çox tezdir. Çox ciddi qeyri-müəyyənlik var. Təbii ki, arzu edilən ssenari bütün Əfqanıstan siyasi-ictimai palitrasının iştirakı ilə seçkilərə gedib, legitim Əfqanıstan hökumətinin formalaşdırılması olardı. Hazırda “Taliban”ın özünün ilk hakimiyyəti dönəmindəki performansını sərgiləyib-sərgiləməyəcəyi haqqında nə isə dəqiq fikir demək çətindir. Bunun üçün vaxt lazımdır. Təbii ki, “Taliban”ı İslamla eyniləşdirmə çox yanlışdır. Bunun özü elə Buş mirasıdır. Bu cür klişelərlə sonradan dünyada islamofobiya sürəcinə rəvac verirlər. İslam ölkələri, xüsusilə Türkiyə, İran və Pakistan, bu xüsusda birgə və ümumi münasibət formalaşdırmalıdırlar. Azərbaycana gəldikdə isə biz illərlə islamofobiyanın ağrılı təsirini yaşamışıq və bu gün də bu özünü göstərməkdədir. Qarabağ kontekstində də çox diqqətli olmalıyıq. Vətən müharibəsi zamanı nail olduğumuz regional konsensusu (Rusiya, Türkiyə, İran) qoruyub saxlamalıyıq. Bu sahədə aktiv və çevik yanaşmamız olmalıdır".
Araşdırmaçı jurnalist Kənan Rövşənoğlu isə Əfqanıstan hadisələrinin islamofobiyanı gücləndirəcəyinə şübhə edir. Səbəbini isə İŞİD-dən fərqli olaraq “Taliban”ın yerli-milli təşkilat olması, qlobal İslam hakimiyyəti iddiasının olmaması ilə əsaslandırır: “2001-ci ildə də Amerika ”Taliban"ı “Əl-Qaidə”ni himayə etməkdə ittiham edərək hədəfə götürdü. Əlbəttə, “Taliban” Qərbdə radikal İslamın yenidən güclənməsi kimi qəbul olunacaq və belə təbliğ olunacaq. Ancaq hər kəs bilir ki, “Taliban” və ümumiyyətlə, Əfqanıstandakı son hadisələrin səbəbi İslam dinindən daha çox Qərbin hərəkətlərinin nəticəsidir. Yəni ötən 20 ildə Əfqanıstanda normal, demokratik, şəffaf bir dövlət qurulsaydı, bu gün bəlkə də situasiya fərqli olacaqdı. “Taliban”ın 2001-ci ildə məğlubiyyətdən sonra yenidən qayıdıb ölkəni ələ keçirməsi onu göstərdi ki, bundan əvvəl qurulan dövlət xalq nəzdində etibar və dəstək qazanmayıb. Mən düşünürəm ki, “Taliban” hadisəsi Qərb üçün dərs olmalıdır, Yaxın Şərq, Mərkəzi və Orta Asiya, o cümlədən Qafqazda siyasət dəyişməlidir. Məsələn, Qarabağ məsələsində Qərbin tutacağı ədalətsiz mövqe son nəticədə Azərbaycan və digər müsəlman ölkələrində Qərb əleyhdarlığını gücləndirəcək. Ona görə də Avropa Ermənistan-Azərbaycan məsələsində daha ədalətli davranmalıdır, ermənilərin yalan, saxta təbliğatına rəvac verməməlidir. Əks halda, tutduğu ədalətsiz mövqe buradakı nüfuzunu sarsıdacaq".
Politoloq Yeganə Hacıyeva isə bildirib ki, radikalizm və terrorizmin yayılması narahatlığının əsasında, əlbəttə, “Taliban”ın “Əl-Qaidə” ilə əlaqələri, “Taliban” sıralarına qoşulan Liviya, İraq və Suriyada döyüşən postsovet ölkələri vətəndaşı olan İŞİD döyüşçülərinin öz ölkələrində yeni ideoloji xətt, siyasi proseslərə xarici müdaxilə cəhdlərinə səbəb ola bilməsidir: “”Taliban" son illər məhz İŞİD dəstələri ilə birlikdə hökumət qüvvələrinə qarşı birlikdə müharibə apardı. Azərbaycan da daxil, bütün postsovet ölkələri üçün bu təhlükə aktualdır. Bu mövzuda ən həssas mövqe Mərkəzi Asiya ölkələri postsovet ölkələridir, çünki “Taliban”ın Əfqanıstandakı uğuru bir nümunədir. “Taliban”ın Kabilə qarşı müharibədəki uğurlarının Mərkəzi Asiyada, Rusiyada, Cənubi Qafqazda və hətta Çində belə terror təşkilatları üçün yoluxucu bir nümunə olması təhlükəsi mövcuddur. Bu istiqamətdə bir sıra ölkələr artıq sığorta addımlarını atıblar. Məsələn, Çin Sincan separatçılarını dəstəkləməyəcəkləri təqdirdə, “Taliban”a çoxmilyardlıq investisiya dəstəyi vəd edib. Burada 1999-cu ildə “Taliban”ın Əfqanıstanda hakimiyyətdə olarkən Özbəkistan və Qırğızıstana hücum faktını da unutmaq olmaz. Əfqanıstanda “Taliban”ın hakimiyyətdə olması Rusiyanın və Mərkəzi Asiyadakı müttəfiqlərinin hərbi təhlükəsizliyi üçün böyük risklər daşıyır".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:18-08-2021, 09:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-08-2021, 09:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 10:38
Bu gün, 08:56
Dünən, 15:41
Dünən, 15:06
Dünən, 12:22
Dünən, 12:18
Dünən, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II