İcra başçısının şübhəli “Lələtəpəsi” - Ağcabədidə şəhid adları neçəyə əbədiləşdirilir?

Ağcəbədi Rayon İcra Hakimiyyəti şəhidlərin adlarının əbədiləşdirilməsi üçün küçəyə vurulan xatirə lövhələrinin düzəldilməsi və respublika əhəmiyyətli bayram tədbirlərinin keçirilməsi üzrə satınalma müsabiqələrinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, hər iki müsabiqənin qalibi "Lələtəpə” MMC-dir.
Qurum xatirə lövhələrinə görə şirkətə 26 208 AZN, bayram tədbirlərinə görə isə 37 380 AZN ödəməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Lələtəpə” MMC 18 dekabr 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Ağcəbədi rayonu, Ağcəbədi şəhəri, Heydər Əliyev prospekti, ev 128-də yeləşir. MMC-nin qanuni təmsilçisi Camalxanova Aygül Əli qızıdır.
Açıq mənbələrdə "Lələtəpə” MMC və onun qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur.
Araşdırmalar nəticəsində isə bəlli olur ki, "Lələtəpə” MMC əsasən Ağcəbədi Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olur.
Bundan əvvəl İcra Hakimiyyəti ilə şirkət arasında maliyyə dəyəri 41 500 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin müqavilədə də respublika əhəmiyyətli bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Araşdırmalar zamanı o da məlum olub ki, "Lələtəpə” MMC-nin qanuni təmsilçisi Aygül Camalxanov "Elçin TTQİ” MMC, "Qarabağ İnşaat-2016” MMC və "RCİ-İnkişaf 2014” MMC-nin qanuni təmsilçisi Camalxanov Rövşən İbrahim oğlu ilə eyni ünvanda qeydiyyatdadır.
Ehtimal etmək olar ki, bu şirkətlər onlara məxsus deyil. Camalxanovlar sadəcə kimlərinsə tender oyunlarında xırda fiqurantlar ola bilər.
Ağcabədinin icra başçısı Rafil Hüseynovdur.
O, 2019-cu ildən rayona rəhbərlik edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-08-2021, 09:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-08-2021, 09:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 10:38
Bu gün, 08:56
Dünən, 15:41
Dünən, 15:06
Dünən, 12:22
Dünən, 12:18
Dünən, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II