Deputat pensiyaların kəsilməsinə görə həkimləri İTTİHAM ETDİ

"Xəstə insanların pensiyalarının kəsilməsi ilə bağlı saysız-hesabsız müraciətlər var. Bu problemin bir vacib kökü də həkim müayinələrinin ikibaşlı qeyd edilməsidir”.
Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Millət vəkili qeyd edib ki, bu ikibaşlı qeydlərə görə Əmək və əhalinin sosial müdafiəsi nazirliyi pensiyaların kəsilməsi üçün əsas və bir çox hallarda da fürsət görür:
"Ay balam, bu günə kimi barmağınızı qatlayın görək, sizlər hansı serebral iflici müalicə edib sağaltmısınız? Hansı anadangəlmə xəstəlikləri sağaltmısınız? Niyə verdiyiniz kağızda "yaxşılaşma hiss edilir", "müalicəsi davam etdirilə bilər", "müalicəyə ehtiyacı var", yaxud sağlam orqanlarını qeyd edirsiniz ki, "ürəyi normal işləyir", "qaraciyərinin funksiyası pis deyil", nə bilim "nisbi yaxşılaşma qeyd olunur". Bunlar nə deməkdir? Əlbəttə, onların ömürlük müalicəyə ehtiyacı var. Amma bu əsas vermir ki, bunu bəhanə edib, pensiyasını dayandırasınız.
Ayıbdır, vallah! Serebral iflicin gözləri yaxşı görürsə, bunun nə aidiyyatı var? Belə çıxır ki, iki ayağı olmayana yazılır ki, əlləri işləyir. Əlin ayaqlara nə aidiyyatı var? 1-ci qrupdan da o yana yeni qrup növü təşkil edəcəksiniz?”.
Deputat həkimləri vətəndaşları yola vermək, məsuliyyəti üzərindən atmaq və hər kəs üçün problem yaratmaqla ittiham edib:
"Nazirlik də baxmır ki, ay balam, serebral iflic sağalan xəstəlik deyil axı. Bu adam ömürlük şikəstdir, nə yaxşılaşma ola bilər? Fürsət bilib qayçılayır. Lap yaxşılaşsın, uzağı kimlərinsə köməkliyi ilə 5-10 addım atıb hamama gedə bilər. İnsafınız və vicdanınız olsun! Vətəndaşları bu şəkildə incitməyin.
Pensiyaları kəsirsiniz, 6-7 aydan sonra kimlərinsə təzyiqi ilə bərpa edirsiniz, bəs o almadığı, haqsızlığa uğradığı ayları kimin adına yazaq? Vətəndaşlara bu stresi yaşatmayın. Yazın ki, bu adam ölməməsi və ayaqda qalması üçün müalicə edilir, amma sağalması mümkün deyil. İkibaşlı cümlələr yazmayın, nazirliyə də fürsət verməyin”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-04-2021, 11:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-04-2021, 11:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22
3-09-2025, 10:04
3-09-2025, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT