reklam
Regionxeberlericom.az » Sosial » Bakıda bir qrup feminist fəal aksiya keçirməyə cəhd göstərib - FOTOLAR (Yenilənib)

reklam

Bakıda bir qrup feminist fəal aksiya keçirməyə cəhd göstərib - FOTOLAR (Yenilənib)

Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qabaqcadan edilmiş xəbərdarlığa məhəl qoymayaraq, qanunsuz aksiyaya cəhd edən şəxslər ərazidən uzaqlaşdırılıb.

Əlavə edilib ki, aksiyaya cəhd zamanı saxlanılan olmayıb.

***

Bir neçə fəal gənc və aralarında feministlərin də olduğu qrup Bakıda icazəsiz aksiya təyin edib. Saat 15:00-a təyin edilən aksiya başlayıb.

Bir neçə aksiya iştirakçısı plakatlar qaldırmaq istəyərkən polis əməkdaşları müdaxilə edib.

Məlumata görə aksiyaya gələn zaman bəzi fəallar əraziyə yaxın yerdə saxlanılaraq polis şöbəsinə aparılıblar.

Bu dəqiqələrdə Fəvvarələr meydanında tam sakitçilikdir.









Paylaş:


Müəllif : Tarix:
8-03-2021, 16:43
Sikayət   


loading...
Загрузка...