Məhkəmə Hüquq Şurasından NARAZILIQ - "Bu bərbadlığın başlıca nədənlərindən biri..."
Ölkədə insan hüquqlarının acınacaqlı durumu, ən başlıcası, vətəndaşların müraciətlərinə biganəlikdən, daha düzü, baxılmamasından qaynaqlanır. Halbuki, sözügedən müraciət etmək hüququ ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun – Konstitusiyanın 57 -ci maddəsi ilə doğrulanan əsas insan və vətəndaş hüquq və azadlıqlarındandır . Bu hüququn gerçəkləşməsi üçün “Vətəndaşların müraciətləri haqqında” qanun qəbul edilib və bütün dövlət orqanlarında vətəndaşların qəbulu və müraciətlər şöbələri yaradılıb. Hətta , demək olar, bütün qurumların “qaynar xətt” bağlantı -çağrı mərkəzləri təşkil olunub. Düzdür, bu çağrı mərkəzlərinin işi tələblərə cavab vermir, amma yenə də insanların müraciət etmələrini asanlaşdırmağa xidmət edir. Yeri gəlmişkən, indiyədək Ombudsmana “qaynar” çağrı xidmətinin təşkil edilməməsi ,yalnız 916 nömrəli “uşaq qaynar xəttiinin fəaliyyət göstərməsi ciddi narazılıq yaradır.
Elektron müraciətlərə , online müraciətlərə isə süni qadağalar qoyulması praktikası geniş yayılıb. Zakir Qaralovun rəhbərliyi dönəmində baş prokurorluğa asanlıqla online müraciət etmək olurdu . Rəhbərlik dəyişəndən sonra isə yenilik adı ilə online müraciətlərə texniki qadağa qoyulub. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.6-cı maddəsinə görə, elektron müraciətə elektron qaydada cavab verilməli olduğu halda, özəlliklə hüquq mühafizə orqanları qanunun sözügedən tələbinə əməl etmirlər. Məhkəmə Hüquq Şurası (MHŞ) istisnadır. Düzdür, MHŞ-ya online müraciətlərə on ilə yaxındır ingiliscə “under reconstruction” (yenidən qurulmaqda) adı altında , son bir ildə isə pandemiya ilə bağlı (?) qadağa qoyulub (saytda “E-xidmətlər” bölməsini seçəndə indi “under reconstruction” yerinə , qəbulun pandemiya ilə bağlı dayandırılıldığı (?-M.B.)haqqında bilgi yerləşdirilib) , amma qurumun [email protected] email ünvanına edilən müraciətlərə elektron qaydada cavab verilməsi təmin edilir(di). İki aydır MHŞ-nın elektron poçtu müraciətlərə süni qadağa qoyub. Belə ki, müraciəti qəbul edən emaildən 2-3 gün, bəzən hətta bir həftə, 10-15 gün sonra mesaj gəlir ki, “Auto:Elektron poçt işləmir! “ Olduqca, ilgincdir, elektron poçt işləmirsə, necə müraciəti qəbul edir və cavab da verir ki, İŞLƏMİRƏM?! (?) Axı, işləməyən texniki qurğu, məsələn telefon aparatı, eləcə də email işləmədiyini necə cavablandıra bilər? Gerçəkdə MHŞ-nın elektron müraciətlərə süni qadağa qoyması üzə çıxır. BU ONA BƏNZƏYİR Kİ, HANSISA MƏMURU TELEFON ARAYIŞINI İLƏ İŞ YERİNDƏ “YAXALAYIRSAN”, CAVAB VERİR Kİ, İŞDƏ DEYİL! (?)
MHŞ-da müraciətlərə qanunvericiliyin tələblərinə uyğun baxılmaması təkcə bununla yekunlaşmır. Təsəvvür edin, hətta ali dövlət hakimiyyəti orqanlarından daxil olan müraciətlərə də hansısa məsləhətçi səviyyəsində qanunsuzluğun təkrar edilməsi ilə cavab verilir. Halbuki, qanunun tələbinə əsasən, belə müraciətləri qurumun rəhbəri imzalamalıdır. Ümumiyyətlə, hansısa məsləhətçinin vətəndaşın müraciətini cavablandırmaq səlahiyyəti, hüququ yoxdur! Bizdə isə ədliyyə nazirinə, MHŞ sədrinə şikayətlərə məsləhətçilər, icra başçısına müraciətə “JEK”in zibildaşıyanı cavab verir! (?) Bələdiyyələr , ümumiyyətlə, lal-dinməzdirlər, hətta məhkəmə(lər) də onların “dilini açmaqda” maraqlı görünmür. Əksinə, onlar məhkəmənin dilini-ağzını necə bağlayırlarsa, hakimlərin yerinə məsləhətçilər cavab verirlər. Elə ona görə də, ölkədə məhkəmə - hüquq sistemi bərbad vəziyyətdədir. Bu bərbadlığın başlıca nədənlərindən biri və birincisi MHŞ-ya icra hakimiyyəti orqanının rəhbərlik etməsidir. Gerçəkdə MHŞ-ya rəhbərliyi məhkəmə hakimi həyata keçirməlidir. Demokratiyanın başlıca prinsipi olan hakimiyyət bölgüsü prinsipi bunu diqtə edir.
Fikrimizcə, Məhkəmə Hüquq Şurasının sədri Konstitusiya Məhkəməsinin hakimlərindən biri olmalıdır. Bəlkə onda vətəndaşların Konstitusiya ilə doğrulanan hüquqları, eləcə də məhkəmə təminatı hüququ gerçəkləşər.
Məğrur Bədəlsoy
dia.az
Paylaş:
Müəllif : Yazar
Tarix:25-01-2021, 08:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-01-2021, 08:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22
3-09-2025, 10:04
3-09-2025, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT