Nə qədər köçkün qayıtmaq istəyir? - Sorğunu kim keçirəcək?

Prezident İlham Əliyev ötən gün məcburi köçkünlərdən onların öz doğma torpaqlarına qayıtmaq istəyib-istəməməkləri məsələsində səmimi olmalarını və bununla bağlı sorğu keçirilməsini tapşırdığını açıqladı. Maraqlıdır, Prezident Administrasiyası bu məsələni ölkədə ictimai rəyin öyrənilməsi məqsədilə yaradılan Sosial Tədqiqatlar Mərkəzinə (STM) həvalə edəcəkmi və STM bunun öhdəsindən necə və nə qədər vaxta gələ biləcək?
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi Əziz Əlibəyli bildirib ki, belə bir tapşırıq olacağı təqdirdə onlar 1 həftə ərzində bu sorğu hesabatını hazırlaya bilərlər:
“Hələlik sözügedən məsələ ilə bağlı sorğunun STM tərəfindən keçirilməsi ilə bağlı göstəriş yoxdur. Böyük ehtimalla bu məsələ məhz ixtisaslaşmış quruma - STM-ə həvalə olunacaq. Onu da qeyd edim ki, biz bu barədə bir çox hesabatlar hazırlamışıq və sorğular keçirmişik. Onlar arasında “Qarabağa böyük qayıdış” adlı sorğu hesabatı da var. Həmin sorğu oktyabrın 9-dan 13-nə qədər Qobu qəsəbəsində yaşayan 464 məcburi köçkün ailəsi arasında keçirilmişdi. Onların 98 faizi yaxın gələcəkdə azad olunmuş rayonlara qayıdacağını demişdi və onların arasında gənc respondentlərin sayı 96 faiz təşkil edirdi.
Sorğuda iştirak edənlərin 83.2 faizi isə ailə üzvləri ilə birgə azad olunmuş torpaqlara qayıtmağın tərəfdarı olduğunu bildirib. Hətta respondentlərin 51.1 faizi həmin torpaqlardakı evlərinin açarlarını, sənədlərini saxlayıb. Biz bu sorğunu Vətən müharibəsinin gedişində gözləntiləri müəyyənləşdirmək üçün oktyabrda keçirmişdik”.
Qurum rəsmisi sorğunun neçə respondent arasında və necə keçiriləcəyini də açıqlayıb:
“Sorğu metodologiyasına görə, 10 milyon nəfər üçün nəzərdə tutulan sorğu kvotası 384 nəfərdir. Amma bu, spesifik sorğu hesabatı olacaq. Bunu bütün Azərbaycan xalqı arasında keçirə bilmərik. Məcburi köçkün kəsimi müəyyənləşdirilməli və onlar arasında keçirilməlidir. Yüksək iştirakçılıq bizim praktikada 1200 nəfərdən yuxarı respondentin iştirakı ilə keçirilir. STM sorğu sahəsində ixtisaslaşıb və respondentlərin çoxu ilə rahat şəkildə əlaqə qura bilirik. Pandemiya ilə əlaqədar isə biz bu sorğuları ev telefonları vasitəsilə keçiririk”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-01-2021, 16:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-01-2021, 16:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:22
Bu gün, 10:04
Bu gün, 08:13
Dünən, 12:15
Dünən, 12:12
Dünən, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26
1-09-2025, 08:25

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC