“İndi əsas məsələ yoluxma sayı yox, xəstələrin həkim tapmamasıdır” - Vəziyyət nəzarətdən çıxıb
Xəbər verdiyimiz kimi, dünən koronavirus (COVID-19) infeksiyasına 4 426 yeni yoluxma faktı qeydə alınıb, 1 995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.
Xatırladaq ki, 30 noyabr 2020-ci il tarixində son gün ərzində 2 981 yoluxma faktı açıqlanmış, 28 noyabrda isə bu rəqəm 4 212 olmuşdu.
Bu, bu günədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi. Dünən isə bu rekord yenilənib. Maraqlıdır, yoluxmanın əsas səbəbi nədir? Havaların soyuması yoluxmanı artırıb, yoxsa karantin tədbirləri kifayət deyil?
ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda aktual məsələ yoluxma sayının artması deyil:
“Biz yoluxma sayını nəzarət altında saxlamağı bacarmadıq. Artıq yoluxma sayı nəzarətdən çıxıb və artmağa da davam edəcək. Hazırda aktual olan məsələ ağır xəstələrin müalicəsidir. Ağır xəstələrimizin sayı çoxdur. Təcili Tibbi Yardıma, poliklinikalara, "qaynar xətt"ə zəng edirlər. Nə Təcili Yardım çatdırır, nə poliklinikalar cavab verir. Vəziyyət acınacaqlıdır. Virus səbəbindən həyatını itirənlərin sayı artıb. Hazırda aktual olan məsələ budur”.
Həkim qeyd edib ki, yoluxma sayının artması qaydalara riayət olunmamasıdır:
“Yəni ara məsafəsinin gözlənilməməsi, maska taxılmaması, şəxsi gigiyena qaydalarına əməl edilməməsi. Dünyanın heç bir yerində yoluxma sayını tam nəzarət altına ala bilmirlər. İnsanı avtomat altında saxlamaq olmur. Cərimə tətbiq edilir, amma yenə də 100% effekt ala bilmirik. Hamı məsafə saxlamalı, maska taxmalıdır. Tibbi maska da 100 % qorumur, amma əsasən qoruyur”.
Aydın Əliyev qeyd edib ki, həkim tapmayan xəstələr koronavirusn müalicəsi ilə məşğul olmayan həkimlərə müraciət edirlər:
“Hazırda bizim üçün əsas məsələ ağır xəstələrin düzgün müalicə olunmamasıdır. Ağır xəstələrin sayı çoxdur, karantin xəstəxanalarında yer yoxdur. Məcbur olub koronavirusla məşğul olmayan həkimlərə müraciət edirlər. çünki koronavirusun müalicəsi ilə məşğul olan həkimlərin işi həddindən artıq çoxdur. Koronavirusun müalicəsi ilə məşğul olmayan həkimlər isə ağıla gələn reseptləri yazırlar. Bu da xəstələrin ağırlaşmağına səbəb olur. Hər gün müşahidə etdiyimiz şeylərdir.
Təcili olaraq televiziyalar vasitəsi ilə fəaliyyət göstərən, koronavirusun müalicəsi ilə məşğul olan həkimlərin canlı konsultasiyaları təşkil olunmalıdır. 24 saat insanlar zəng edib həkimlərdən məsləhət ala bilməlidirlər. Hazırda insanlar həkim tapa bilmədiyinə görə bir-birlərindən resept alırlar. Təəssüf ki, səhiyyə və TƏBİB-ə rəhbərlik edən qurumların fəaliyyəti qaneedici deyil. Biz Qarabağ müharibəsi kimi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən məsələnin öhdəsindən gələn xalqıq. Ali Baş Komandan nəinki 44 gün, hətta daha çox müddət ərzində gecə-gündüz yatmadı, xalqa tez-tez məlumat verdi. Bizim səhiyyə məmurları heç olmasa baxsınlar, öyrənsinlər. Lazım gələrsə, villalarını, maşınlarını satıb camaatın müalicəsini təşkil etsinlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-12-2020, 17:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-12-2020, 17:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 16:28
Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu
Bu gün, 14:45
DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?
Bu gün, 14:42
UKRAYNA İLK DƏFƏ STRATEJİ BOMBARDMANÇINI VURDU – Rusiya “texniki nasazlıq olub” deyir (VIDEO)
Bu gün, 12:45
Millət vəkili Tahir Mirkişili: "Auditlərin sayı və əhatə dairəsinin artması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlərin görülməsinə və resursların artırılmasına ehtiyac var"
Bu gün, 10:10
Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO+ FOTO
Bu gün, 09:54
Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR: Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? ŞİKAYƏT - FOTO/VİDEO
Bu gün, 09:50
Rəcəb Babaşov birinci qrup gözdən əlilə zülüm edir - Bu Allahsızlıqdır, görün bizi nə günə qoyublar (VİDEO)
Bu gün, 09:26
İmtahan günü peyda olub, "pul qıran" əmanət köşkü... - DİM deyir ki, "bizə heç bir aidiyyəti yoxdur"
Dünən, 21:59
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT
Dünən, 14:54
İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO
Dünən, 10:00