“Kapitan Nağdəliyev” gəmisi Beyrut limanından buraxılmır - "Partlayışda xəsarət almışıq, şirkət bizi unudub“

“Palmali” şirkətlər qrupuna məxsus “Kapitan Nağdəliyev” gəmisinin heyət üzvləri aylardır Beyrut limanında qalıb. Beyrutda baş verən partlayış nəticəsində gəmiyə zərər dəydiyi, 10-u Azərbaycan, ikisi Rusiya vətəndaşı olan heyət üzvləri arasında xəsarət alanların olduğu bildirilir. Bu barədə gəmi kapitanının baş köməkçisi Emin Abışov məlumat verib. Onun sözlərinə görə, mayın 12-də Rostovdan Livanın Beyrut limanına gəliblər. Yüklər boşaldılandan sonra gəmiyə Livan məhkəməsi tərəfindən həbs qoyulduğu məlum olub. Səbəb “Palmali” şirkətinin Estoniya şirkətinə yanacağa görə 252 min dollar dəyərində borclu olmasıdır.
“Livanda Miqrasiya Xidməti tərəfindən sənədlərimiz, o cümlədən pasportumuz əlimizdən alındı, girov götürüldük. 3 aydır quruya ayağımızı qoya bilmirik”, -Abışov deyib.
Emin Abışov söyləyib ki, şirkət tərəfindən aldadılıblar: “Heyət üzvləri arasında eləsi var ki, 6 ay, bəziləri isə 13 aydır maaş almır. Gəmi kimyəvi maddələr daşıyır. Partlayış zamanı xoşbəxtlikdən sağ qaldıq. Mənim özüm də olmaqla bir neçə nəfər xəsarət aldı. Limanda müxtəlif ölkələrdən gələn, üzərinə həbs qoyulmuş daha 5 gəmi var. Digər gəmilərdə ölənlər oldu. Aylardır ailələrimiz nigarandır, biz də burada əzab çəkirik”.
Şikayətçi deyib ki, şirkətin gəmi heyətinə 250 min dollar yaxın maaş borcu yaranıb. Bundan əlavə, gəminin dayandığı limana gündəlik 1750 dollar ödənilməlidir, şirkət üstəlik 150 min dollardan artıq bu limana borcludur: “Şirkət bizi yaddan çıxarıb. 2-3 gün işıqsız qalırıq, sonra bir az yanacaq verirlər, yemək bitir, üstündən günlər keçir, sonra ərzaq gətirirlər. Burada əzab çəkirik. Dövlətimiz Livana maliyyə yardımı ayırıb. Əminik ki, dövətin bizim vəziyyətimizdən xəbəri yoxdur. Biz güclü radiasiya almışıq”.
Kapitan köməkçisi deyib ki, bir neçə gün əvvəl şirkətlə əlaqə saxlayıblar. Amma yenə də müsbət cavab ala bilməyiblər: “Gəmi Livan məhkəməsi tərəfindən həbs edilib. Körpə qızım var, ailəm 6 aydır kirayə pulunu ödəyə bilmir. Mən necə əliboş geri qayıda bilərəm? Ötən il “Palmali” şirkətinin digər gəmisində çalışmışam. Gəmidən mənə maaş ödənilmədi, borclu qalıbar. Buna görə də təkrar işlədim, işdən çıxa bilmirəm, əks halda gecikdirilmiş maaşımı ala bilməyəcəm. Tək mənə 7 aydır maaş verilmir. Hər dəfə deyirdilər ki, səfərə çıxın, maaşlarınız veriləcək. Beləliklə. bir neçə ay keçdi, 3 aydır da həbs olunmuşuq. Səfirliyə müraciət etmişik, vəkil tuturlar ki, məhkəməyə verək. Amma yenə də maaşsız qalırıq”.
Kapitan köməkçisinin aylıq əməkhaqqı 3500 dollardır. Bütün heyətin 1 aylıq maaşı isə 30 min dollardır. Abışov heyət üzvlərinin adından Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək köməklik göstərmələrini xahiş edib.
Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupu azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsusdur. İş adamı bu il martın 15-də həbs olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-08-2020, 09:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-08-2020, 09:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22
3-09-2025, 10:04
3-09-2025, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT