reklam
Regionxeberlericom.az » Sosial » Mərkəzi Bankın qeyri-şəffaf indeksləri NƏDƏN XƏBƏR VERİR? - İLGİNC

reklam

Mərkəzi Bankın qeyri-şəffaf indeksləri NƏDƏN XƏBƏR VERİR? - İLGİNC


Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) bir qədən əvvəl iqtisadiyyatın müxtəlif sahələri üzrə Biznes İnam İndekslərini (Bİİ) açıqlayıb.

regionxeberlericom.az FED.az-a istinadən xəbər verir ki, AMB-nin indeksləri açıqlansa da, bu indekslərin necə hesablanması, nəyi əksə etdirməsi və hansı sorğulara əsaslanması məlum deyil.

İqtisadi tədqiqatçı Rövşən Ağayev AMB-nin qeyri-şəffvf indeksləri ilə bağlı fikirlərini açıqlayıb. İqtisadçı yazır:

«Mərkəzi Bankın açıqladığı indekslər iqtisadiyyatın 4 sektoru - sənaye, tikinti, ticarət və xidmət üzrə aylıq hesablanır. Lakin onların bazasında iqtisadiyyat üzrə konsalidə edilmiş işgüzar fəalliq indeksi yoxdur. Halbuki indekslər hesabanan sahələrin ÜDM-nin, məşğulluğun formalaşmasında xüsusi çəkisi nəzərə alınmaqla ümumiləşdirilmiş indeksin hesablanması çox vacibdir.

Başqa bir məqam - Mərkəzi Bank bu indekslərin hesablanması, nəyi ifadə etməsilə bağlı metodologiyanı açıq etməlidir - maraqlanan hər kəs tanış ola bilsin. Əlavə olaraq, hər sektor üzrə sorğuya cəlb edilən respondentlərin sayı, coğrafiyası və ölçüsü (kiçik, orta və iri biznes) barədə informasiyaları hər kəs görə bilməlidir.

Eyni zamanda, sektorlar üzrə indekslərdə istifadə edilən indikatorların yekun göstəricidə xüsusi çəkisi barədə nəlumat verilmir. Məsələn, sənayedə inam indeksi 3 indikator - son 3 ayda məhsul istehsalının və anbar ehtiyatlarının həcminin dəyişililməsi, qarşıdakı 3 ayda istehsal həcmi əsasında hesablanır. Onların yekun göstəricinin formlaşmasına töhfəsi bərabər götürlür.

Bizim Mərkəzi Bankın hesablaması ABŞ, eləcə də region ölkələrindən Rusiya və Qazaxıstandan fərqli olaraq 50:50 prinsipinə əsaslanmır - yəni indeks 50-dən aşağıdırsa, fəallıq və inamın aşağı olmasını, 50-dən yuxarıdırsa fəallıq və inamın yüksəkdirsə olmasını nümayiş etdirir.

Bizim təcrübədə isə indekslər (-)100 - (+)100 intervalında hesablanır. Əgər bütün indikatorlar enişdədirsə, indeks mənfi zonaya düşür və böhranı göstərir, indikatorlar hamısı yüksəlirsə indeks müsbət zonaya düşür və iqtisadi fəallığın yüksək olduğnu göstərir.

Sorğu zamanı respondentlər hər bir indikator üzrə yüksəlişi +1, enişi -1, neytral isə 0 ilə qeyd edilir. İndeks +100-ə yaxın olduqca iqtisadi fəallığın və inamın maksimum səviyyədə yüksək, -100-ə yaxın olduqca isə ən aşağı həddə olduğunu göstərir.

İndeksin mənfi və ya müsbət zonaya düşməsi sorgu iştirakçılarının 50+1%-nin vəziyyətin enişdə yoxsa yüksəlişdə olmasını təsdiq edən cavabından asılı olur. Burda "xalis artım" yanaşmasından istifadə edilir - mənfi və müsbət cavablar toplanır.

Məsələn, bizim nümunədə sənayedə inam indeksinin müsbət zonada olması üçün son 3 ayda istehsalın artması, anbar ehtuyatlarının azalması, qarşıdakı 3 ayda isə istehsalın həcmilə bağlı gözləntinin yüksəlməsi lazımdır.

2019-cu ilin timsalında nə görürük? Bu indeks ilin əvvəlindən sonuna 2 dəfə çox artaraq 6.8-dən 13.9-ə yüksəlib. Lakin indeksin formalaşmasında iştirak edən indikatorlar çox fərqli dəyişib. Məsələn, məhsul istehsalı həcmi göstəricisi az qala 2.5 dəfədən çox artaraq 12-dən 31-ə yüksəlib- yəni il ərzində məhsul istehsalının artıdığını qeyd edən respondentlərin sayı əhəmiyətli dərəcədə çoxalıb.

Amma 2-ci göstəriciyə - anbar ehtiyatlarının həcminə verilən cavablardan aydın olur ki, il boyu (may ayı istisna olmaqla) məhsul qalıqlarının çoxaldığını söyləyən respondentlər çoxluq təşkil edib - bu isə iqtisadiyyat üçün mənfi tendensiyadır. Qarşıdakı 3 ayda istehsalla bağlı gözlənti isə xeyli azalıb - fevral-martda orta hesabla 30-a yaxın olan göstərici ilin sonunda 13.9-ə enib.

Yəin indeks üzrə ümumi göstəricilə yanaşı onun ayrı-ayrı elementlərinə də baxmaq çox vacibdir...»


Paylaş:


Müəllif : Tarix:
5-02-2020, 09:47
Sikayət   


loading...
Загрузка...