Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - Açıqlama

Kürdəmirdə valideynlərin övladlarını odun sobası ilə qızdırılan məktəblərdən çıxarıb istilik olan təhsil müəssisəsinə aparmaları barədə iddialar yayılıb.
Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib. Qeyd olunur ki, bir məktəbdən 100-ə yaxın uşaq çıxıb. Belə ki, rayonun bəzi kəndlərində yerləşən, eləcə də 2 və 4 nömrəli məktəblərində təhsil alan şagirdlərin də digər məktəblərə aparıldığı deyilir.
Mövzu ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:
“Gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Son günlər bəzi media resurslarında Kürdəmir rayonunda valideynlərin odun sobası ilə qızdırılan məktəblərdən övladlarını çıxararaq digər təhsil müəssisələrinə yönləndirdiklərinə dair məlumatlar yayılıb. Bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edilən təhsil müəssisələri odun sobası ilə qızdırılmır. Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseyinin istilik təminatı fərdi qazanxana, Kürdəmir şəhər S.Əliheydərov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin istilik təminatı isə kombi sistemi vasitəsilə normal qaydada həyata keçirilir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-01-2025, 19:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT