“Sosial yardım insanları ələbaxım öyrədib”
“Ünvanlı sosial yardım layihəsi dünyanın heç bir yerində ömürlük mərhələ deyil. Bu, keçid layihədir”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında bildirib.
“Milyonlarla vətəndaşımız neçə illərdə bu layihədən bəhrələndi. Bu layihənin ən təhlükəli bir cəhəti insanların əməkdən aralanması və ələbaxım öyrənməsidir. Nə qədər faktlar ortaya çıxdı ki, burada saxtakarlıqlar olub, saxta sənədlər təqdim ediblər. Əlillik dərəcəsi sırf həkim ekspertlərin qiymətləndirdiyi məsələdir. Bunun nə qədər çətin və məsuliyyətli iş olduğunu bilirəm.
Bu gün o sahədən başı çıxmayan, ümumiyyətlə xəbəri olmayan, həkimlik təhsili almayan adam deyir ki, kiməsə ömürlük əlillik vermək lazımdır və s. Bu qeyri-peşəkar yanaşmadır. Veteranlarla bağlı bilən də, bilməyən də danışdı. Bu, bir müavinət, pensiya, sosial yardım növü deyil. Bu, Prezidentin təsis etdiyi təqaüddür. Prezident təqaüdünün Milli Məclisdə və digər aidiyyəti orqanlarda müzakirə olunması siyasi etikaya uyğun məsələ deyil”, - deyə komitə sədri bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-11-2024, 12:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…