reklam
Regionxeberlericom.az » Mədəniyyət » “İndi tərsinə olub, sənətkarlar arxadadır, sənəti olmayanlar öndə...” - ETİRAZ

reklam

“İndi tərsinə olub, sənətkarlar arxadadır, sənəti olmayanlar öndə...” - ETİRAZ


“Pandemiyada təsadüfi insanlar çox üzə çıxdı. Meydanı boş qoymaq olmaz. Sonra kimlərsə gəlib o yerləri tutanda, gileylənirik, xoşumuza gəlmir. Bunun da günahkarı bizik. Bayağı musiqilər, müğənnilər efirlərə yol açır. O vaxt bizim də çətinliklərimiz olub, amma çox şükür ki, məktəb keçə-keçə gəlmişik. 4-cü sinifdən professional səhnədə olmuşam. İlk çıxışım bir zavodda, böyük auditoriya qarşısında olub. O vaxt fanaqrama da yox idi, canlı oxuyurduq. Bu gün istedadlı gənclərimiz də az deyil. Bir neçəsinə elə özüm dəstək olmuşam. Bayağılıq hər dövrdə olub, amma bu dərəcədə təbliğ olunmayıb. Olsa belə onlar arxa planda idilər. İndi tərsinə olub, onlar ön plana, sənətkarlar isə arxa plana keçiblər. Ötən il 4 ay veriliş apardım, deyirdim ki, bu çox çətin peşədir. Mən qarşıma məqsəd qoydum. Çalışdığım qədər sənətkarları, sənəti olan insanları verilişə dəvət etdim”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Könül Kərimova deyib.

“İnsan yalnış danışmaqdan, addım atmaqdan çəkinməlidir. Çox təəssüflər olsun ki, o qədər yalnış danışan insanlar olur ki. Bir az küskünlük yaranır, həvəssiz oluruq, bəzən verilişlərə qatılmaqdan imtina edirik. İnsanın qolu-qanadı sınır. O bunu incidir, bu onu təhqir edir. İncəsənət adamları həssasdırlar. Biz bir-birimizə dəstək, dayaq olmayandan sonra kənardan nə gözləyə bilərik?!”, - deyə əməkdar artist bildirib.

Müğənni “Şükürlər olsun” adlı mahnısına klip çəkdirdiyini bildirib.

“Klipimin rejissoru Xəyal Hüseyndir. Çox istedadlı insan olduğuna görə ona güvənirəm, onun fikirlərinə inanıram. Kliplərimin ssenarisini çox asanlıqla ona həvalə edirəm. Bu bizim ilk işimiz deyil, 4-cü, 5-ci işimizdir. Klip mütləq lazımdır. Hər bir mahnını təqdim etmək üçün klip önəmlidir. Tək studiyada dayanıb oxumaqla iş bitmir. Mahnını tam təfsilatı ilə, mövzusu ilə tamaşaçıya təqdim etmək daha maraqlı olur. Sən mahnını klip vasitəsilə izah edirsən. Hamının baxışı, dünya görüşü eyni deyil axı. Musiqini anlamayan insan, hardasa sujet xəttinə görə nəsə başa düşmək istəyir”, - deyə sənətçi bildirib.

Könül Kərimova “Aktrisa kimi filmə çəkilmək dəvət gəlsə, çəkilərsiniz” sualına belə cavab verib.

“Aktrisa kimi hansısa filmlərə çəkilmək üçün təkliflər gəlməyib. Bəlkə də əvvəl gəlsəydi qəbul edərdim. Amma indi istəmərəm, düşünmürəm. Heç marağında da deyiləm. Təklif gəlsə qəbul etmərəm. Özümü aktrisa kimi görmürəm”, - deyə o bildirib.




Paylaş:


Müəllif : Tarix:
8-06-2023, 17:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər