Pomidor və çiyələklərin Rusiyadan geri qaytarılmasının səbəbi açıqlandı

Rusiya Federasiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində Rusiyaya ixrac olunan 47.2 ton pomidor və 14 ton çiyələk məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb.
“Uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub. Belə ki, məhsul partiyaları geri qaytarıldıqdan sonra çiyələklə bağlı etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq 2023-cü il 24 iyul tarixində yenidən Rusiya Federasiyasına ixrac edilib. Pomidor məhsulu isə sahibkarlıq subyekti tərəfindən etiket məlumatlarındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Rusiya Federasiyasına ixracı həyata keçiriləcək”, - rəsmi məlumatda vurğulanıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-07-2023, 16:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...