reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Ərdoğan taxıl sazişinin uzadılacağına ümid edir

reklam

Ərdoğan taxıl sazişinin uzadılacağına ümid edir


















Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə gedib.

Prezidentlərin 2,5 saat davam edən görüşündə iki lider ölkələr arasındakı əlaqələr, Rusiya-Ukrayna müharibəsindəki son inkişaflar və iyulun 17-də başa çatacaq Qara dəniz taxıl dəhlizi sazişi kimi regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Görüşün sonunda iki lider birgə mətbuat konfransı keçirib.

Ərdoğan bildirib ki, o, sazişin müddətininin uzadılacağına ümid edir:

“Biz ötən ilin iyulunda İstanbulda imzalanmış Qara dəniz taxıl sazişinə başlamışıq. Bir il ərzində ehtiyacı olanlara təxminən 33 milyon ton taxıl çatdıran təşəbbüsün müddəti ümid edirəm ki, iyulun 17-də yenidən uzadılacaq. Tərəflərin bu məqsədlə qlobal məsuliyyət hissi ilə hərəkət edəcəklərinə inanıram. Ukraynadakı aparıcı podrat şirkətlərimiz ölkənin yenidən qurulmasında ukraynalı dostlarına kömək edəcəklər. Müddəti 2 ilə çatdırmaq üçün səy göstərəcəyik”.




Paylaş:


Müəllif : Tarix:
8-07-2023, 10:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər