Azad Cəfərli Göyçayda fermerlərlə görüşdü - Fotolar

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
RegionXəbərləricom.az xəbər verir ki, Aparat rəhbəri əvvəlcə Qarabaqqal kəndində 180 ha ərazidə salınmış intensiv badam, xurma və alça bağlarına baş çəkib.
Bildirilib ki, Göyçayda meyvəçilik kənd təsərrüfatının ənənəvi sahələrindən sayılır. Son illərdə yeni salınan intensiv meyvə bağlarına dövlət tərəfindən subsidiyaların verilməsi bu sahənin inkişafına öz müsbət təsirini göstərir.
Belə ki, dövlət dəstəyi ölkədə meyvə bağlarının salınmasına marağın artmasına səbəb olub. Ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.
Daha sonra Azad Cəfərli ümumi tutumu 600 ton olan soyuducu anbara baxış keçirib. Fermerlər məhsul yığımı və saxlanılması, satışın təşkili, emal imkanları barədə məlumat veriblər. İntensiv bağçılığın həm məşğulluğun artmasına, həm də fermerlərin gəlirlərinin çoxalmasına ciddi təsir göstərdiyini deyən fermerlər dövlət dəstəyi mexanizmlərindən davamlı yararlandıqlarını qeyd ediblər.
Görüşlərdə meyvəçiliyin inkişafı, meyvə bağlarında düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin quraşdırılması, soyuducu anbarların sayının artırılması, məhsulların qablaşdırılması, ixrac coğrafiyasının genişləndirilməsi, beynəlxalq standartlara uyğun məhsul istehsalı, torpaq və su ehtiyatlarından səmərəli istifadə məsələləri ətrafında barədə fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydə alınıb.
Səfər çərçivəsində Azad Cəfərli Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, iş prosesinin təşkili, əkinlərin bəyanı prosesi ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.
Fuad Hüseynov
Paylaş:
Müəllif : Fuad
Tarix:24-01-2025, 20:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT