reklam
Regionxeberlericom.az » İdman » Bu gün Azərbaycan və Xorvatiya yığmaları qarşılaşacaq

reklam

Bu gün Azərbaycan və Xorvatiya yığmaları qarşılaşacaq


Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
regionxeberlericom.az-un "Report"a istinadən məlumatına görə, rəqib 2018-ci il dünya çempionatının gümüş mükafatçısı Xorvatiya yığması olacaq. "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq. Matçı isveçrəli Sandro Şörerin başçılığı altında isveçrəli hakimlər briqadası idarə edəcək.
E qrupunda ilk dövrədən sonra Xorvatiya 4 oyuna 9 xalla 2-ci pillədə qərarlaşıb. Hələ xal qazana bilməyən Azərbaycan isə sonuncu - 5-ci pillədədir.
İki komanda indiyədək 3 dəfə üz-üzə gəlib. AVRO-2016-nın seçmə mərhələ matçlarından birincisi Xorvatiyanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 2014-cü il oktyabrın 13-də Osiyek şəhərində keçirilmiş görüşdən sonra Azərbaycan millisinin ovaxtkı baş məşqçisi Berti Foqts istefa verib. 2015-ci il sentyabrın 3-də Bakıda oynanılmış qarşılaşma isə qolsuz nəticələnib. Bu matçın ardından isə Niko Kovaç Xorvatiya yığmasının sükanı arxasından ayrılıb. Nəhayət, cari seçmə tsikldə martın 21-də Zaqrebdə baş tutmuş görüş Xorvatiyanın qələbəsi ilə bitib - 2:1.
9 sentyabr
AVRO-2020
Seçmə mərhələ, VI tur
E qrupu
20:00. Azərbaycan - Xorvatiya
Baş hakim: Sandro Şörer
Yan xətt hakimləri: Stefane De Almeyda, Alen Hayniger
Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)


Paylaş:


Müəllif : Tarix:
9-09-2019, 09:30
Sikayət   


loading...
Загрузка...